Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu əlamətləriniz varsa, dərhal endokrinoloqa müraciət edin!

22.03.2021 23:25 1 881
Bu əlamətləriniz varsa, dərhal endokrinoloqa müraciət edin!
Yod çatışmazlığınız varsa, bunu 5 simptomla müəyyənləşdirə bilərsiniz.

Median.Az
xəbər verir ki, boğazın şişməsi, çəki artımı, yorğunluğun artması, saç tökülməsi, dəri quruluğu və tökülməsi bədəndə yod çatışmazlığının göstəricisi ola bilər.

Yod çatışmazlığını göstərə biləcək əlavə simptomları isə aşağıdakılardır:

Qadınlarda menstruasiya pozuntuları

Çox və ya tam əksinə, az və nizamsız periodlar tiroid hormonlarının ifrazının pozulması da daxil olmaqla, müxtəlif problemlərin nəticəsi ola bilər. Bu hormonlar menstruasiya dövrünün bağlı olduğu cinsi hormonlara təsir edir.

Soyuğa qarşı həssaslıq artımı

Davamlı üşüyürsünüzsə, bu da tiroid hormonlarında problem olduğunu göstərə bilər. Yod çatışmazlığı maddələr mübadiləsini ləngidir, bu da soyuğa həssaslığı artırır. Bundan əlavə, tiroid hormonları bədənimizi "istiləşdirməkdə" mühüm rol oynayan qəhvəyi yağ toxumasının fəaliyyətinə təsir göstərir.

Daha az tərləmək

Tiroid hormonları tərləmə tənzimlənməsinə də təsir edir və ifraz azalırsa, bu, tərləmənin azalmasına səbəb olur. Birdən-birdən daha az tərləsəniz, bu, yod çatışmazlığının əlaməti ola bilər.

Yaddaş problemləri

1000-dən çox yetkin könüllü üzərində aparılan araşdırma normal tiroid hormonu səviyyəsinə sahib insanların tiroid səviyyəsinin aşağı olanlardan daha yaxşı öyrəndiyini və yaddaş problemi ilə qarşılaşma ehtimalının daha az olduğunu ortaya qoyub. Bu hormonlarla bağlı problemlər insanın diqqətini yayındırır və unutqan edir.

Çətin hamiləlik

Hamilə qadınlar tez-tez zəiflik, yorğunluq və üşütmə kimi simptomlarla özünü göstərə bilən yod çatışmazlığı problemi ilə qarşılaşırlar. Endokrinoloqdan vaxtında məsləhət almaq çox vacibdir, çünki doğuşdan sonra yod çatışmazlığı körpəyə mənfi təsir edə bilər, çünki körpələr ana südü ilə birgə yod qəbul edir. Bundan əlavə, yod çatışmazlığının ölü doğuş riskini əhəmiyyətli dərəcədə artırdığı bildirilib. (publika.az)скачать dle 11.3

Son xəbərlər