Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Güclü stresin bilmədiyimiz əlamətləri

30.10.2023 12:28 2 178
Güclü stresin bilmədiyimiz əlamətləri
“Güclü sarsıntı keçirdikdə, bədəndə həddindən artıq stres hormonları ifraz edildiyi üçün orqanizm yardım siqnalı göndərir”.

Bunu rusiyalı bevroloq Yekaterina Demyanovskaya deyib.

Stres zamanı insanın nəbzi artır, qan təzyiqi yüksəlir və hamar əzələ spazmları meydana gəlir. Həmçinin, əsəbiləşən zaman şiddətli qarın ağrısı da baş verə bilər.

Kortizol, adrenalin və digər stres hormonlarının ifrazının artması səbəbindən qaşınma, səpgilər, qabıqlanma və ya sızanaq meydana gələ bilər.

“Stres zamanı həzm orqanlarının qanla təchiz olması və peristaltikası azalır. Bu səbəbdən mədə seliyinin ifrazatı pozulur”, - deyə Demyanovskaya bildirib.

Nevroloqun sözlərinə görə, xroniki stres keçirən insanlarda bağırsaq mikroflorasında disbalans yaranır.

O, güclü stresin gizli əlamətlərindən birinin də öskürək olduğunu qeyd edib.

“Mədə-bağırsaq traktının işinin pozulması ilə əlaqəli stresin başqa bir əlaməti boğaz ağrısı və ya boğazda düyün qalma hissidir, bu da öskürəyə səbəb olur. Bu vəziyyət qırtlağın əzələlərinin qeyri-ixtiyari yığılması, tüpürcək ifrazının azalması səbəbindən udlaqda quruluq və burun nəfəsinin pozulması nəticəsində yaranır”, - deyə həkim sözlərini yekunlaşdırıb.скачать dle 11.3

Son xəbərlər