Mojo.az Banner
20:40 Sumqayıtda klinikada qadının iynədən sonra ölməsinin səbəbi açıqlanıb  |     20:34 Alen Simonyan: Ermənistan faktiki olaraq KTMT-dən çıxıb  |     20:27 Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib  |     20:19 "Alov Qüllələri"nin ətrafında sürüşmə ilə bağlı tədqiqat aparılacaq  |     20:14 Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? (SİYAHI)  |     20:08 Direktor itlərə görə cərimələndi  |     20:01 Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? (Video)  |     19:54 Bakıda 17, rayonlarda 20 dərəcə isti olacaq  |     19:49 Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu  |     19:43 Noyabrda havaların mülayim keçməsinin səbəbi açıqlandı  |     19:35 Nazirlik bu kitabın alınmasını qadağan edib  |     19:30 Ehtiyatda olan polkovnik faciəvi şəkildə öldü  |     19:22 Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? (VİDEO)  |     19:15 Həzi Aslanov stansiyasındakı təmir nə vaxt bitəcək?  |     19:09 Kimlər daha çox xəyanətə meyillidir? - Türk alimlər açıqladı  |     19:02 Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü  |     18:52 Cavid Qurbanovun əmisi oğlu hakim qarşısına çıxarıldı: Külli miqdarda dələduzluqda təqsirləndirilir  |     18:45 Bakı Dövlət Sirki gömrük qaydalarını pozduğuna görə cərimələndi  |     18:39 Qvineya-Bisau da dövlət çevrilişi: Prezident həbs edildi  |     18:25 Sahibkar qardaşlar arasında şadlıq evi davası: Biri digərinin həbsini istədi  |    
Left Banner
Right Banner

Daim stres içindəsinizsə, dərinizdə hansı problemlər yarana bilər?

28.01.2025 12:29 1 200
Daim stres içindəsinizsə, dərinizdə hansı problemlər yarana bilər?
İşdə və evdə daimi stres ilə dərinin vəziyyəti arasında birbaşa və kifayət qədər nəzərəçarpan əlaqə mövcuddur.

Median.Az
-ın "Lenta.ru"ya istinadən xəbərinə görə, bu barədə rusiyalı həkim, dermatoloq və kosmetoloq Yekaterina Konstantinovskaya danışıb.

Onun sözlərinə görə, stres orqanizmin müdafiə mexanizmlərini, o cümlədən adrenalin və kortizol hormonlarının ifrazını aktivləşdirir.

"Bunlar da öz növbəsində bizə müxtəlif cür neqativ hallara tez reaksiya verməkdə kömək edir, lakin uzun müddət buna məruz qalmaq sağlamlığa əhəmiyyətli dərəcədə zərər vura bilər. Kortizol əsasən qanda şəkər səviyyəsinin artmasına və immunitetin azalmasına səbəb olur ki, bu da sonradan dərinin vəziyyətinə təsir göstərir", - deyə həkim bildirib.

Ekspertin sözlərinə görə, stres ilk növbədə sızanaqların əmələ gəlməsinə səbəb olur. Bu ona görə baş verir ki, kortizolun təsiri altında dəri piyinin ifrazı çoxalır və nəticədə məsamələri bağlayaraq bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.

"Həmçinin stres ekzemanın kəskinləşməsi və ya atipik dermatit kimi digər dəri problemlərinə də gətirib çıxara bilər. Bu xəstəliklər dərinin qızarması, qaşınması və qabıqlanması şəklində ortaya çıxır", - deyə həkim xəbərdarlıq edib.

"Siyahıda üçüncü yerdə psoriazdır ki, bu xroniki xəstəlik dəridə qırmızı ləkələr və qabıqlanma ilə xarakterizə olunur. Və orqanizmin stresli vəziyyətə reaksiyası onun kəskinləşməsi ilə özünü göstərə bilər. Psoriazdan əziyyət çəkən xəstələr tez-tez güclü emosional sarsıntılardan sonra vəziyyətlərinin pisləşdiyini qeyd edirlər. Güclü emosional gərginlikdən sonra yaranan daha bir dəri xəstəliyi də rozaseadır ki, kəskinləşməsi zamanı üzdə qızarma olur, damar toru və kiçik iltihablı düyünlər ortaya çıxır. Stres simptomları gücləndirə bilər, çünki bu zaman qan damarları genişlənir və bədən temperaturu yüksəlir", - deyə kosmetoloq qeyd edib.

Konstantinovskayanın sözlərinə görə, bundan əlavə, xroniki stres dərinin qocalma prosesini sürətləndirir. Kortizolun təsiri altında kollagen və elastinin - dərinin möhkəmliyinə və elastikliyinə cavabdeh olan zülalların səviyyəsi azalır. Bu da qırışların yaranmasına, dərinin sallanmasına və tonusun itməsinə səbəb olur.

"Bəzi insanlar ciddi stres zamanı müəyyən qida və ya kosmetika məhsullarına allergik reaksiyalar verdiklərini deyirlər. İmmunitet sistemi zəifləmiş olur və allergenlərlə effektiv mübarizə aparmaq iqtidarında olmur. Uzunmüddətli gərginlik hiperpiqmentasiyaya - dəridə tünd ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Bu, melanositlərin - melanin piqmentinin istehsalına cavabdeh olan hüceyrələrin işinin pozulması səbəbindən baş verir", - deyə dermatoloq nəzərə çatdırıb.

"Eyni zamanda stres immunitet sistemini zəiflədir ki, bu da herpes virusunun aktivləşməsinə gətirib çıxarır", - deyə həkim xəbərdarlıq edib.
//oxu.azскачать dle 11.3