Mojo.az Banner
19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəlbimiz doğrudan qırılırmış: Həkimlər səbəbini açıqladılar

15.10.2024 12:52 1 188
Qəlbimiz doğrudan qırılırmış: Həkimlər səbəbini açıqladılar
Bizim çoxumuz "qəlb qırıqlığı" ifadəsini eşidib, lakin az adam bilir ki, tibdə həqiqətən belə bir diaqnoz var. "Sınıq qəlb" sindromu və ya "stres-induksiya olunmuş kardiomiopatiya" ürək əzələsinin düzgün işləmədiyi və qeyri-bərabər yığılmağa başladığı kəskin bir vəziyyətdir.

Median.Az
-ın "Izvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya danışıb.

Onun sözlərinə görə, bu sindromda sol mədəciyin yuxarı hissəsinin yığılma qabiliyyəti kəskin şəkildə azalır və ürəyin yığılması zamanı (sistola fazası) o, uzun dar boyunlu qaba bənzər xarakterik kürə forması alır.

"Patologiya zamanı sol mədəcik yığılaraq yapon səkkizayaqlısının (oktapod) ovlama qabına oxşayır. Buna görə də belə vəziyyət daha bir ad alıb - takotsubo kardiomiopatiyası. Sindrom ilk dəfə 1990-cı ildə yapon tədqiqatçılar tərəfindən təsvir edilib", - deyə mütəxəssis izah edib.

Həkim bildirib ki, takotsubo sindromunun inkişaf mexanizmi hələ də tam öyrənilməyib:

"Güman edilir ki, sol mədəciyin yığılma qabiliyyəti qismən ürək və periferik sinir sistemi arasında əlaqənin pozulması, ürək əzələsində mikrosirkulyasiyanın azalması, koronar arteriyaların spazmı, qanda stres hormonlarının yüksək səviyyəsi səbəbindən azalır. Takotsubo kardiomiopatiyası tez-tez güclü kədər, uzunmüddətli stres, həddindən artıq fiziki gərginlik səbəbindən baş verir. Buna görə də ona "sınıq qəlb" sindromu da deyilir".

Mütəxəssis bu vəziyyətin əsas simptomlarının miokard infarktının əlamətlərinə çox bənzədiyini vurğulayıb:

"Döş qəfəsində güclü ağrı, ümumi zəiflik, ürək ritminin pozulması, təngnəfəslik, huşun itməsi - bu simptomlar meydana çıxdıqda dərhal təcili yardım çağırmaq lazımdır. Takotsubo sindromlu xəstələr stasionar şəraitdə müalicə olunurlar. Əksər hallarda təhlükəli simptomlar bir neçə gün ərzində keçir və xəstə tam sağalır. Bununla belə, nadir hallarda ağırlaşmalar - atrial fibrillyasiya və kardiogen şok baş verə bilər".

Demyanovskaya "sınıq qəlb" sindromunu miokard infarktından xüsusi müayinələr olmadan ayırmağın çox çətin olduğunu qeyd edib.

"Sindromu aşkar etməyə mədəciyin xarakterik formasını görməyə imkan verən - exokardioqrafiya, yaxud ürək damarlarının vəziyyətini qiymətləndirməyə imkan verəcək koronaroangioqrafiya kömək edər", - deyə o bildirib.

Həkim stres kardiomiopatiyasının kifayət qədər nadir patologiya olduğunu vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner