Mojo.az Banner
Son Xəbərlər
13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusdan sağalanlarda ən çox rast gəlinən simptomlar

30.09.2021 13:20 969
Koronavirusdan sağalanlarda ən çox rast gəlinən simptomlar
COVID-19-dan sağalandan bir müddət sonra baş ağrısı, halsızlıq, yaddaşın pozulması kimi simptomlar bəzən insanları narahat etməyə başlayır.

Bunu yüksək kateqoriyalı rusiyalı həkim Aleksey Vodovozov bildirib.

Onun sözlərinə görə, xeyli sayda xəstə, hətta koronavirusu çox asanlıqla keçirənlər belə, bu simptomlarla üzləşirlər.

Həkimlər bunları postkovid sindromunun təzahürü kimi qiymətləndirirlər. Bu sindromunun nə qədər davam edə biləcəyi araşdırılır.

“Əsasən çox uzun olmur, təxminən dörd həftə davam edir. Ancaq sağalanların əhəmiyyətli bir hissəsində, ən azı üçdə birində bütün simptomlar on iki həftə və ya daha uzun müddət davam edir”, - deyə həkim vurğulayıb.

Postkovid sindromu əlavə arzuolunmaz nəticələrə səbəb ola bilər:

“Birincisi, bir insanın unuda biləcəyi mövcud xroniki xəstəliklərin kəskinləşməsidir. İkincisi, əvvəllər olmayan bəzi patologiyalar sıfırdan başlaya və postkovid simptomlarından ayrı görünə bilər”.

Həkimin sözlərinə görə, sağalan şəxs peyvənd olunarsa, vəziyyəti daha sürətlə yaxşılaşar.скачать dle 11.3

Son xəbərlər