Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha çox kişiləri öldürür: "Sınıq ürək sindromu" nədir?

21.05.2025 23:02 678
Daha çox kişiləri öldürür:
Ayrılıq, boşanma və ya yaxın bir insanın itkisi bir çox insan üçün travmatik bir təcrübədir. Lakin bəzi hallarda bu cür emosional sarsıntılar sağlamlıq baxımından ciddi təhlükələrə səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, "sınıq ürək sindromu" kimi tanınan bu vəziyyət, döş qəfəsi ağrısı və nəfəs darlığı kimi simptomlarla özünü göstərə bilər. Bu əlamətlər çox hallarda qısa müddətdə keçsə də, az sayda insan üçün bu vəziyyət ölümcül nəticələnə bilir.

Ən son elmi araşdırmalar isə bu sindromun kişilər üçün qadınlara nisbətən iki dəfə daha ölümcül olduğunu ortaya çıxarıb. İlk baxışda inandırıcı görünməsə də, bir insanın doğrudan da ürək ağrısından ölməsi tibbi cəhətdən mümkündür. Bu vəziyyətin tibbi adı takotsubo kardiyomiyopatidir və çox vaxt şiddətli emosional stresslə başlayır. Lakin "sınıq ürək sindromu" təkcə emosional deyil, cərrahiyyə və ya iflic kimi fiziki streslə də baş verə bilər.

Bu cür ani stress hallarında bədən kortizol və adrenalin kimi hormonları yüksək səviyyədə ifraz edir. Bu hormonlar ürəyin əsas pompalama kamerasında forma dəyişikliyinə səbəb olur və ürəyin düzgün işləməsini çətinləşdirir. Bu dəyişmiş ürək forması Yaponiyada ahtapot tutmaq üçün istifadə olunan "takotsubo” adlı tələyə bənzədiyi üçün xəstəlik bu adla tanınıb.

Əvvəlki araşdırmalara görə bu sindrom qadınlarda daha çox rast gəlinir. Lakin son məlumatlar kişilər üçün bu vəziyyətin daha təhlükəli ola biləcəyini göstərir. Arizona Universitetinin tədqiqatçıları, 2016–2020-ci illər arasında ABŞ-da bu sindromla xəstəxanaya yerləşdirilən təxminən 200.000 yetkinin məlumatlarını təhlil ediblər. Araşdırma, sindromun 83%-nin qadınlarda baş verdiyini təsdiqləyib.

Lakin bu araşdırma eyni zamanda yaşla bağlı fərqli bir tendensiyanı da üzə çıxarıb. 46–60 yaş arası şəxslərdə bu sindromun rastgəlmə ehtimalı, 31–45 yaş qrupu ilə müqayisədə 2,6–3,25 dəfə yüksək olub. Tədqiqatçılara görə bu artımın səbəbi stress səviyyəsi, hormonal dəyişikliklər, alkoqol və siqaret istifadəsi, eləcə də kifayət qədər müalicə olunmayan təzyiq və xolesterin problemləri ola bilər.

Araşdırmaya əsasən, kişilərin bu sindromdan ölmə ehtimalı qadınlara nisbətən iki qat daha yüksəkdir. Bunun səbəbləri tam dəqiq bilinməsə də, bəzi ehtimallar mövcuddur. Qadınlarda sindromu adətən emosional hadisələr tetikləyərkən, kişilərdə bu daha çox fiziki stressdən sonra (məsələn, əməliyyat sonrası) ortaya çıxır. Bundan əlavə, elm adamlarına görə kişilər sosial dəstək sistemlərindən daha çox uzaq ola bilər, bu isə onların stresslə mübarizəsini və sağalma prosesini çətinləşdirir.скачать dle 11.3

Son xəbərlər