Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günüdür

25.05.2020 19:41 1 792
Mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günüdür
2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, həmin gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə təsis olunub. Ölkəmizdə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilməyə başlanıb. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzin problemlərinə cəlb etməkdir.

Tibbi statistikaya əsasən, dünya əhalisinin üçdəbiri bu orqanın fəaliyyətinin pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxminən 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsi isə insanların 10-30 faizində rast gəlinir.

Qeyd edək ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və həmin hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir - maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və sair tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin "dirijoru" adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod elementi insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyət daşıyır.

Son xəbərlər