Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Süd vəzi xərçəngi ilə bağlı 15 vacib həqiqət

13.10.2020 23:38 1 656
Süd vəzi xərçəngi ilə bağlı 15 vacib həqiqət
Hər ilin oktyabr ayında süd vəzi xərçəngi ilə mübarizə aylığı keçirilir. Bu, artıq ənənə halını alıb.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, aylığın keçirilməsi hər il oktyabrın 15-də dünyanın bir çox ölkəsində qeyd olunan Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizənin Günü ilə bağlıdır. Bu tədbirlərin keçirilməsini ilk dəfə 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfinfən elan olunub.

Süd vəzi xərçəngi qadınlar arasında onkoloji xəstəlikləri sırasında birinci yeri tutur və bu xəstələrin sayı ildən-ilə artır. Süd vəzi xərçəngi hər il dünyada hər 8 qadından 1-nə təsir edir. Nadir hallarda kişilərdə də xərçəngin bu növünə rast gəlinir.

Süd vəzi xərçəngindən qurtulmağın əsas yolu erkən diaqnozun qoyulmasıdır. Erkən diaqnozun həyat qurtaracağına diqqət çəkən Türkiyədən olan ümumi cərrahiyyə uzmanı, professor Metin Çakmakçı bu xərçənglə bağlı xalq arasında bir çox yanlış məlumatın yayıldığına diqqət çəkib. O, süd vəzi xərçəngi ilə bağlı qulaqdan- qulağa dolaşan əfasanələr barədə doğru məlumatları açıqlayıb.

Bilinməsi lazım olan həqiqətlər:

1. Süd vəzində hər ələ gələn kütlə xərçəng deyil. Amma nəzarət məqsədilə mütləq həkimə müraciət olunmalıdır.

2. Süd vəzi xərçəngi diaqnozu qoyulan hər şəxs döşünü itirməz.

3. "Ağrıyan kütlə döş xəsşəngi ola bilməz", yanaşması düzgün deyil. Ağrıyan kütlə də süd vəzi xərçəngi ola bilər.

4. Dezodorant istifadə etmək süd vəzi xərçənginə səbəb ola bilməz.

5. Büsqalter və ya metal dəstəkli büsqalter istifadə etmək xərçəng yaratmaz. Bu günə qədər istifadə olunan heç bir araşdırma bədənimizdəki toxumalara təsir edən fiziki təzyiqin xərçəngə səbəb olduğunu sübut etməyib.

6. Süd vəzi xərçəngi hamilələr və süd verən analarda da yarana bilər.

7. Alüminium qablar süd vəzi xərçənginin səbəbi deyil.

8. Süd vəzi xərçəngi riski olanlar mütləq xərçəng olacaq deyə bir şey müzakirə mövzusu deyil. Bunun tərsi də doğru deyil-ailədə süd vəzi xərçəngi olmasa da, süd vəzi xərçənginə tutulmaq olar.

9. Süd vəzi xərçəngi sadəcə, yaşlı qadınlarda olmur. Ən çox menopuazadan sonra ortaya çıxan süd vəzi xərçəngi yaşı 40-dan az olan qadınlarda yaranır.

10. Hamiləliyə qarşı nəzarət həblərindən istifadə döş xərçənginə səbəb olmur.

11. Süd vəzindən cərrahi olaraq kütlə çıxarılan qadın ana olanda körpəsinə süd verə bilər.

12. Süd vəzi xərçənginə cərrahi müdaxilə (bıçaq dəyməsi) xərçəngin yayılmasına səbəb olmur.

13. Süd vəzinin mamoqrafiya müayinəsi xərçəng yaratmır və ya radiasiya yaradaraq xərçəngə səbəb olmur. Mamografiyada radiasiya miqdarı çox da yüksək deyil, təxminən təyyarədə uçmağa bərabərdir.

Həm müayinə, həm də diaqnoz üçün istifadə olunan mamoqrafiyanın bir çox qadının həyatını xilas etdiyi elmi bir həqiqətdir.

14. Süni mayalanma müalicələri süd vəzi xəsrçənginə səbəb olmur.

15. Süd vəzi xərçəngi sadəcə, qadınlarda olmur, nadir hallarda da olsa kiişilərdə də rast gəlinir.скачать dle 11.3
Mojo.az Banner