Mojo.az Banner
SON DƏQİQƏ
20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Süd vəzi xərçəngi ilə kəpək arasında əlaqə tapıldı

07.09.2024 16:00 1 341
Süd vəzi xərçəngi ilə kəpək arasında əlaqə tapıldı
Hebey Universitetinin (Çin) alimlərindən ibarət elmi qrup kəpəyə səbəb olan "Malassezia globosa" göbələklərinin siçanlarda vəzi xərçəngi şişlərinin böyüməsini sürətləndirə biləcəyini müəyyən ediblər.

Median.Az
bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

"Malassezia" cinsinə aid göbələklər insan və heyvanların dəri mikroflorasının şərti patogen sakinləridir. Ümumi immunitetin azalması və piy vəzilərinin fizioloji xüsusiyyətlərinin dəyişməsi halında onlar kəpək kimi dəri xəstəliklərinə səbəb ola bilərlər.

"Malassezia globosa" göbələklərinin əlavə patogen xüsusiyyətlərini müəyyən etmək üçün alimlər onları süd vəzi xərçəngi olan bir qrup siçanın şişlərinə yeridiblər. Nəticələr göstərib ki, bu zaman şişlərin böyümə sürəti artıb.

Tədqiqatçıların sözlərinə görə, bəzi hallarda bu göbələklər özləri döş vəzisinin yağla zəngin toxumasına daxil ola və xərçəngin inkişafına səbəb ola bilərlər. Bununla belə, bu cür təhlükəli təsirin əsasında duran mexanizmlər hələ də aydın deyil. Alimlər ehtimal edirlər ki, "Malassezia globosa"nın fəaliyyəti nəticəsində hüceyrələrə zərər verən və ya orqanizmin xərçəngə qarşı müdafiəsini zəiflədən zərərli yan məhsullar əmələ gəlir.скачать dle 11.3

Son xəbərlər