Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO

19.09.2026 19:50 372
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO
"Saxara" gözəllik salonunda işçilərdən xadimə, ofisiant kimi istifadə edilməsi ilə bağlı iddialar var.

Median.Az
xəbər verir ki, bu barədə şikayətçi "APA TV"yə danışıb.

Onun sözlərinə görə, salonda SMM olaraq fəaliyyətə başlasa da, ondan başqa işlər görülməsi tələb edilib.

"Əvvəlcə demişdilər ki, əmək müqaviləsi də olacaq, lakin olmadı. Ümumiyyətlə "Blue Mall" filialındakı heç bir işçinin əmək müqaviləsi yox idi. Maaşımın da yarısını kartdan-karta göndərdilər, sonra dedilər ki, "işə sabahdan gəlmə". Maaşımın tam hissəsini tələb etsəm də, vermədilər. Bizə nahar fasiləsi də verilmirdi. Müştərilərə çayı biz gətirirdik.

Masaj otaqlarının yığışdırılması, otağa nəzarət etmək kimi tələblər var idi. "Matrix" qabının içinə "Hacı Şakir"i doldururdular. Saç baxımını elə edirdilər. Bizi xadimə, ofisiant kimi istifadə edirdilər. Bunlardan narazılığımı bildirdikdə isə mənə hədə-qorxu gəldilər".

İddialarla bağlı "Saxara" gözəllik salonunun rəhbəri Sərxan Qulamlı bildirib ki, məsələdən xəbərdar deyil, və bu, qarayaxma kampaniyasıdır.

Son xəbərlər