12:10 Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır - Video  |     12:09 Avtobusda gediş haqqı 60 qəpik olub: Bəs xidmət keyfiyyəti dəyişib? - Video  |     11:59 Lavrov üzərində "SSRİ" yazılmış sviter geyinməsinə aydınlıq gətirdi  |     11:56 Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb  |     11:49 Paşinyan: "Tramp yolu" layihəsinin həyata keçirilməsi üçün kifayət qədər intensiv işlər görülür"  |     11:20 Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək  |     11:13 Kəlbəcərdə ağackəsmə ilə bağlı araşdırma aparılır  |     23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |    

Bank hesabınızdan oğurluq edilməsinin qarşısını almaq üçün nə etməli? - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlərdə bankları hədəf alan “fişinq” hücumları barədə xəbərdar edir.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kiberdələduzlar “Kapital Bank”, “Unibank” və digər bankların texniki dəstək xidmətinin adından sui-istifadə edərək vətəndaşların bank məlumatlarını və digər fərdi məlumatları ələ keçirməyə çalışırlar.

Belə ki, həyata keçirilən kiberhücumlarda bank əməkdaşlarının adından vətəndaşların mobil nömrələrinə zənglər edilərək, onların adına hər hansı köçürmənin həyata keçirildiyi bildirilir və təsdiqləmə üçün kart hesab nömrəsi, şifrə, təsdiqləmə kodu və sair fərdi məlumatların təqdim edilməsi tələb olunur.

Digər bir kiberhücumda bank əməkdaşlarının adından saxta sosial şəbəkə hesabları yaradılaraq müəyyən bank əməliyyatlarının həyata keçirilməsi üçün kart hesab məlumatlarının, təsdiqləmə kodlarının təqdim edilməsi tələb edilir.

Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri “tələyə salmaqla” asan yolla maddi vəsait əldə etməkdir.

Qeyd edək ki, geniş yayılmış bu növ kiberhücumlarda kiberdələduzlar öz kimliklərini gizlətmək üçün müxtəlif proqramlardan istifadə edərək qarşı tərəfə telefon nömrələrini istədikləri şəkildə göstərə bilir. Yəni zəng gələn zaman ekranda bankın və ya başqa şəxsin nömrəsi əks oluna bilər. Əslində isə zəng tam fərqli nömrədən həyata keçirilir.

Bu səbəbdən vətəndaşlardan xahiş olunur ki, bu kimi zənglərə qarşı maksimum diqqətli olsunlar, ekranda hansı nömrənin əks olunmasından asılı olmayaraq heç bir halda qarşı tərəfə bank məlumatlarını və digər fərdi məlumatları təqdim etməsinlər. Bu kimi zənglər və ya mesajlar aldıqda, ilk öncə başqa vasitələrlə həmin bank və ya müəssisə ilə əlaqə saxlayaraq məlumatın düzgünlüyünü yoxlasınlar.

Xüsusilə, bank kartlarının şəklini çəkməklə qarşı tərəfə ötürmək, telefona gələn təsdiqləmə kodlarını (OTP) digər şəxslərlə paylaşmaq sizə maddi zərər dəyməsi ilə nəticələnə bilər. Kart hesab nömrəsi, etibarlılıq müddəti, CVV kodu (kartın arxa hissəsindəki üçrəqəmli kod), həmçinin təsdiqləmə kodlarını əldə edən şəxs asanlıqla hesabınızdan vəsait çıxara bilər.

Unutmayın ki, heç bir bank müştərisindən telefon vasitəsilə şifrə, təsdiqləmə kodu kimi məlumatların təqdim edilməsini tələb etmir. Bu məlumatlar məxfi saxlanılmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır.

Həmçinin vətəndaşlar şübhəli hallarla üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            741 20.04.21 13:27