Mojo.az — elanlar
Son Xəbərlər
17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |    
Mojo.az Avto
Mojo.az Avto

Nəvə nənəsinin 2400 manatını oğurladı, məsuliyyətə cəlb olundu

18.06.2026 19:11 330
Nəvə nənəsinin 2400 manatını oğurladı, məsuliyyətə cəlb olundu
Füzuli rayonunun Zobucuq qəsəbəsində oğurluq hadisəsi baş verib.

Qəsəbə sakini olan yetkinlik yaşına çatmayan şəxs nənəsinə məxsus evdən 2400 manat pul oğurlayıb. Məlumata görə, o, babası və nənəsinin evdə olmadığını bildikdən sonra onların yaşadığı mənzilə gedib. Həyətə qanunsuz daxil olan yeniyetmə daha sonra evin mətbəx hissəsində yerləşən plastik pəncərəni açaraq içəri keçib.

Yataq otağında pul qabında saxlanılan, 100 manatlıq əskinaslardan ibarət ümumilikdə 2400 manatı götürərək hadisə yerindən uzaqlaşıb.

Cinayət işi üzrə aparılan araşdırmalar zamanı oğurluğu törədən şəxsin zərərçəkmişin nəvəsi olduğu müəyyən edilib. Təqsirləndirilən şəxs istintaq və məhkəmə zamanı özünü təqsirli bilib. O, ifadəsində maddi sıxıntılar səbəbindən bu əməli törətdiyini etiraf edib.

Füzuli Rayon Məhkəməsi müttəhimi Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə təqsirli bilərək ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
//qaynar.az

Son xəbərlər