Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

23.10.2026 17:27 180
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı, bölgələrə marağının artması regionlarda iqtisadi fəallığın yüksəlməsi üçün yeni imkanlar yaradır.

Xüsusilə Qəbələ, Quba, Qusar, Şəki, Şamaxı və Lənkəran kimi turizm potensialı yüksək olan bölgələr təbiəti, tarixi-mədəni abidələri, istirahət kompleksləri və milli mətbəxi ilə diqqət çəkir. Turistlərin regionlara səfərləri hotellərin, restoranların, nəqliyyat və xidmət sektorunun fəaliyyətinə, eləcə də yerli sahibkarlığın inkişafına təsir göstərir.

Dövlət tərəfindən turizm infrastrukturunun genişləndirilməsi, regionların turizm imkanlarının tanıdılması və yeni turizm marşrutlarının yaradılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqramda regionlarda turizmin inkişafının təşviqi, turizm infrastrukturu və nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi və ölkənin turizm potensialının beynəlxalq səviyyədə tanıdılması nəzərdə tutulur.

Dövlət Turizm Agentliyinin təqdim etdiyi statistikaya görə, 2026-cı ilin açıqlanmış göstəriciləri üzrə ölkədə 11 milyon 181 min 78 yerli turist səfəri qeydə alınıb. Ən çox səfər Bakı şəhərində (6 milyon 970 min 631), Şəki-Zaqatala (721 min 244), Quba-Xaçmaz (611 min 351) və Abşeron-Xızı (548 min 513) iqtisadi rayonlarında qeydə alınıb.

Bəs yerli və xarici turistlər Azərbaycanda daha çox hansı bölgələrə üstünlük verirlər? Turist axını regionların iqtisadi inkişafına və yerli sahibkarlığa necə təsir göstərir?

Turizm eksperti Samir Dübəndi azxeber.com-a açıqlamasında deyib ki, Azərbaycanda turizm axını əsasən Bakı və ənənəvi turizm bölgələrində cəmləşir:

"Azərbaycanda turizm axını əsasən Bakı və ənənəvi turizm bölgələrində cəmləşir. Dövlət Statistika Komitəsinin 2026-cı ilin ilk yarısına dair məlumatlarına görə, hotel gecələmələrinin 58,8 faizi Bakıda, 5,9 faizi Qusarda, 5,5 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 3,1 faizi Qubada qeydə alınıb. Xarici turistlərin hotel gecələmələrinin isə 81,9 faizi Bakının payına düşür. Yerli turistlər arasında Qəbələ, Quba, Qusar, Xaçmaz və İsmayıllı kimi təbiət və istirahət imkanları ilə seçilən bölgələrə maraq yüksəkdir”.

Turizm eksperti qeyd edib ki, turist axınının artması regionların iqtisadiyyatına bir sıra istiqamətlər üzrə müsbət təsir göstərir:

"Turist axını regionların iqtisadiyyatına çoxşaxəli təsir göstərir. Hotellər, restoranlar, nəqliyyat və digər xidmət sahələri ilə yanaşı, kənd təsərrüfatı, yerli məhsul istehsalı, sənətkarlıq və kiçik sahibkarlıq da bundan faydalana bilir. Nəticədə yeni iş yerləri və əlavə gəlir imkanları yaranır. Lakin əsas məsələ yalnız turist sayının artması deyil, onların bölgədə daha uzun müddət qalması və xərclədikləri vəsaitin daha böyük hissəsinin yerli iqtisadiyyatda qalmasıdır. Bunun üçün turizmin mövsümiliyini azaltmaq, xidmət keyfiyyətini yüksəltmək və yerli icmaları turizm fəaliyyətinə daha fəal cəlb etmək vacibdir”.

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”mövzusunda dərc edilib.

Son xəbərlər