Mojo.az Banner
17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni turizm məhsulları yaradılır

28.09.2026 15:50 123
Azərbaycanda yeni turizm məhsulları yaradılır
"Ağdam rayonunda yerləşən Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən işlər artıq yekun mərhələsindədir".

Bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda ölkənin müxtəlif bölgələrində, eləcə də Bakıda yeni turizm məhsullarının yaradılması və müvafiq infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.

M.Ağabəylinin sözlərinə görə, Lahıc və Basqal da bu istiqamətdə işlərin aparıldığı ərazilərdəndir. Basqalda bir neçə yeni turizm məhsulunun hazırlanması üzrə işlər yekunlaşmaq üzrədir.

Qeyd olunub ki, Şəki şəhərindəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində artıq bir sıra obyektlər, o cümlədən Şəbəkə emalatxanası və Tarix-Diyarşünaslıq Muzeyi turistlərin istifadəsinə verilib. Ərazidə digər turizm məhsullarının yaradılması istiqamətində də işlər görülür.

Dövlət Turizm Agentliyinin rəsmisi işğaldan azad edilmiş ərazilərdə də turizm infrastrukturunun yaradılması istiqamətində layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda Tuğ qoruğunda infrastruktur işləri aparılır.

M.Ağabəyli əlavə edib ki, qeyd olunan istiqamətlər Prezident İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da nəzərdə tutulub.

Onun sözlərinə görə, dövlət proqramında yeni turizm məhsullarının hazırlanmasına xüsusi diqqət ayrılıb:

"Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdiriləcək və hazırlanan məhsullar turistlərin istifadəsinə veriləcək. Eyni zamanda, infrastruktur işləri artıq tamamlanmış müəssisələrdə də yeni turizm məhsullarının hazırlanması həyata keçirilir. Bu, bizim üstünlük verdiyimiz əsas istiqamətlərdən biridir".
скачать dle 11.3
Mojo.az Banner