Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək

20.08.2026 17:26 312
Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək
Azərbaycanda təbiət və aktiv turizm növünün inkişafı üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Qeyd olunur ki, Azərbaycanda zəngin təbiət ehtiyatları və kənd həyat tərzi təbiət və aktiv turizm növlərinin inkişafı üçün geniş potensiala malikdir.

Bu istiqamətdə görüləcək tədbirlər aşağıdakılardır:

- macəra (ekstremal) turizmi üzrə məhsulların formalaşdırılması və təkmilləşdirilməsi;

- dağ piyada (haykinq və trekinq) turizmi üzrə məhsulların formalaşdırılması və təkmilləşdirilməsi;

- vəhşi təbiət və biomüxtəlifliyin müşahidəsinə əsaslanan turizm üzrə məhsulların formalaşdırılması və təkmilləşdirilməsi;

- Xəzər dənizinin Azərbaycan Respublikasına aid bölməsində və digər su hövzələrində seçilmiş çimərliklərdə abadlıq işlərinin həyata keçirilməsi;

Həmçinin dövlət proqramında qış turizminin inkişaf etdirilməsi də nəzərdə tutulub.

Qeyd olunur ki, son illərdə Azərbaycanda qış turizminin inkişafı istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilib, xüsusilə dağ turizm mərkəzlərinin beynəlxalq turizm bazarlarında tanıdılması istiqamətində tədbirlər görülüb.

Qış idman növləri üzrə beynəlxalq yarışların təşkili ölkənin turizm potensialının artırılması, regionlara turist axınının genişləndirilməsi, eləcə də turizm infrastrukturunun beynəlxalq səviyyədə təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu istiqamətdə beynəlxalq əməkdaşlıq çərçivəsində dünyasəviyyəli yarışların təşkili vasitəsilə Azərbaycan Respublikasının beynəlxalq qış turizm destinasiyası kimi tanıdılması, qış turizmi üzrə tanıtım məzmununun hazırlanması və yayımı, rəqəmsal marketinq və beynəlxalq reklam kampaniyalarının həyata keçirilməsi, həmçinin qış turizm məhsullarının və infrastrukturunun inkişaf etdirilməsi görüləcək tədbirlər arasında yer alıb.

Son xəbərlər