Mojo.az Banner
12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |     12:26 Dövlət bağçalarında yerlərin sayı 112 minə çatdırılıb  |     12:21 Bu ərazilərdə sentyabr pensiyaları ödənildi  |     12:18 ABŞ prezidentindən İranla bağlı etiraf  |     12:08 UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?  |     12:06 Sumqayıtda tikintidə faciə: Hündürlükdən yıxılan fəhlə öldü  |     11:58 Sürücülərin nəzərinə: Bir yolda hərəkət məhdudlaşdırıla bilər  |     11:46 Külli miqdarda borcu olan şirkəti məhkəmə 70 min dollar cərimələdi  |     11:34 Ağdaşda 60 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     11:32 "Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda  |     11:18 Azərbaycanda qastronomiya üzrə ali təhsil problemi: “Bu sahədə institut yoxdur” — Ağa Salamov  |     11:14 Ağdərədə mina partlayıb  |     23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |    
Left Banner
Right Banner

"MoreCup"da 143 manatlıq oğurluğa görə 2,6 il həbs

01.08.2025 21:59 636
Yasamal rayonu Hüseyn Cavid prospekti 28E ünvanında fəaliyyət göstərən "More Cup” adlı kofe şopda oğurluq baş verib.

Qaynarinfo-nun məlumatına görə, kofe şopdan 128 manat nağd pul və 15 manat dəyərində fincan oğrulanıb. Kofe şopa ümumilikdə 143 manat maddi ziyan dəyib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü ( Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdərmirovun sədrliyi ilə aparılıb. Müttəhim verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, kofe şopdan yalnız pul oğurlayıb.

Məhkəmənin hökmü ilə ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner