Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

Uşaq bağçasından ət maşını, tanışının evindən paltaryuyan maşın oğurladı

18.03.2025 23:10 648
Uşaq bağçasından ət maşını, tanışının evindən paltaryuyan maşın oğurladı
Xırdalan şəhərində fəaliyyət göstərən 17 saylı körpələr evi-uşaq bağçasında oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, bağçanın mətbəxindən bir ədəd "Panasonic" markalı ət çəkən maşın oğurlanıb. Oğurluğu törədən şəxs müşahidə kamerasına düşməmək üçün onun üzərini bağlayıb.

Bağçanın rəhbərliyi olayla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Polislər hadisə yerinə gəlib. Oğurluq edən şəxsin kameraya düşməməsinə baxmayaraq. onu tapmaq mümkün olub. Məlum olub ki, hadisəni törədən usta işləyən S. adlı şəxsdir. Araşdırmalar nəticəsində aydın olub ki, o, A. adlı xanım tanışının evindən də "Beko" markalı paltaryuyan maşın oğurlayıb.

Ona Cinayət Məcəlləsinin 177.2.2-ci (Oğurluq - təkrar törədildikdə) 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) ittiham elan edilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirin seçilib.

Lakin qısa müddət sonra o, yenidən polis tərəfindən saxlanılıb. Bu dəfə narkotikaya görə tutulub. Ona Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma maddəsi ilə ittiham edilib) maddəsi ilə ittiham elan edilib və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Abşeron Rayon Məhkəməsində mühakimə olunan S. elan olunmuş ittihamlar üzrə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Başqa bir cinayət əməlinə görə S.-nın üzərində olan 8 ay 11 günlük azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilib və ona qəti olaraq 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner