Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib |
Mojo.az Avto
Mojo.az Avto

8 il sonra açılan cinayət: Qızılları oğurlayan şəxs hazırda həbsxanada imiş...

13.03.2019 20:34 2 211
8 il sonra açılan cinayət: Qızılları oğurlayan şəxs hazırda həbsxanada imiş...
Astarada 8 il əvvəl baş vermiş cinayətin üstü açılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il aprel ayının 18-də rayonun Pensər kənd sakini K.İsmayılovaya məxsus yaşayış evindən 2775 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs müəyyən edilib.

Araşdırmalarla oğurluğu törədən şəxsin sonradan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 ( Qəsdən sağlamlığa yüngül zərər vurma), 177.2.2 (Oğurluq, təkrar törədildikdə), 177.2.3 (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 177.2.4 (Oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.2 (Quldurluq, təkrar törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Lerik rayon sakini Yaşar Şəfiyev olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.//milli.az

Son xəbərlər