Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Qusarda oğurluq və quldurluq törədən 4 nəfər saxlanılıb

30.08.2018 16:36 9 133
Qusarda oğurluq və quldurluq törədən 4 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evldən qızıl əşyalar oğurlayan rayon sakini Bəhruz Nurullayev saxlanılıb. Araşdırma zamanı onun Qusar şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nadim Ağaxanov və Şıxzada Şıxıyevlə birgə rayon ərazisindəki daha bir evə daxil olaraq ev sahibinə bıçaqla xəsarət yetirib, oradan 1200 manat dəyərində qızıl əşyalar aparmaları müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə N.Ağaxanov saxlanılıb, Ş.Şıxıyevin isə ötən ilin mayında Rusiya Federasiyası ərazisində xəstəlikdən ölməsi müəyyən edilib.

Bundan başqa, Qusar RPŞ-nin əməkdaşları əməliyyat tədbirləri nəticəsində, bu ilin mart-avqust ayları ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlayan şəhər sakinləri Vüqar Salmanov və əvvəllər məhkum olunmuş Rafiq Mehrəliyev saxlanılıblar. Araşdırma zamanı, onların daha 2 evdən ümumilikdə 2800 manat, 2900 dollar, 2000 rubl və qızıl əşyalar oğurlamaları məlum olub.

Faktlarla bağlı RPŞ İstintaq bölməsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə), 177.2.3 (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə cinayət işləri başlanılıb.

Son xəbərlər