Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) |
Mojo.az Avto
Mojo.az Avto

Bakı və regionlarda oğurluğa görə 10 nəfər saxlanılıb

05.09.2018 18:28 2 019
Bakı və regionlarda oğurluğa görə 10 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də paytaxt sakini olan bir qadının, içərisində 90 manat olan pulqabısını oğurlayan Ağdaş rayon sakini Aqşin Əzizov saxlanılıb.

Bundan başqa, Yasamal RPİ 28-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il martın 2-də rayon ərazisindəki avtomobildən akkumulyator oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Alıyev saxlanılıb, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, mayın 31- və avqustun 11-də rayon ərazisindəki bir kafedən və bir avtomobil təmiri sexindən ərzaq məhsulları, məişət əşyaları və təmir-tikinti alətləri oğurlayan Bakı şəhər sakini Ülvi Musayevi saxlayıblar, Abşeron RPİ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 28-də rayon ərazisindəki çay evindən 6 ədəd televizor oğurlayan Xırdalan şəhər sakinləri Toğrul Mirzəyev, Elvin İbrahimli və əvvəllər məhkum olunmuş Tural Məhərrəmov saxlanılıblar. Araşdırma zamanı onların bu il mayın 18- və avqustun 11-də bir kompyuter oyunları salonundan və iki avtoyuma məntəqəsindən 3100 manat dəyərində 8 ədəd oyun aparatı, 20 ədəd pult və məişət əşyaları oğurlamaları müəyyən edilib.

Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayı ərzində şəhər ərazisindəki iki evdən 120 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Səmədovu saxlayıblar, Masallı RPŞ, Sabunçu RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki evdən qızıl əşyalar oğurlayan Bakı şəhər sakini Teyyub Muradov Sumqayıt şəhəri ərazisində saxlanılıb. Araşdırma zamanı onun iyulun 18-də Masallı rayonunun Səmidxan kəndindəki evdən 300 manat, sənəd və məişət əşyaları oğurlaması məlum olub.
Şəmkir RPŞ və Qusar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Şəmkir rayonu ərazisindəki evdən 1200 manat, qızıl əşyalar və mobil telefon oğurlayan Anar Nağdıyev saxlanılıb, Neftçala RPŞ-nin əməkdaşları əməliyyat tədbirləri ilə sentyabrın 3-də rayon ərazisindəki evdən 550 manat dəyərində qızıl üzük oğurlayan şəhər sakini Vüsalə Məcidovanı saxlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Son xəbərlər