Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda evlərdən oğurluq edən 7 nəfər saxlanılıb

11.04.2019 11:59 4 003
Bakıda evlərdən oğurluq edən 7 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Suraxanı RPİ 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 6 evin girişindən su sayğaclarını oğurlayan Bakı şəhər sakinləri Ə.Çələbiyev və R.Quliyev saxlanılıblar.

Bundan başqa, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən qaynaq aparatı, su mühərriki və təmir-tikinti alətləri oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsgəndərov saxlanılıb.

Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də rayon ərazisindəki evdən 950 manat pul və televizor oğurlayan paytaxt sakini E.Əliyev saxlanılıb.

Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Cavid prospektindəki evdən su mühərriki və məişət əşyaları oğurlayan
Bakı şəhər sakini O.Həsənov saxlanılıb.

Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 700 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə saxlanılıb.

Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsindəki evdən 250 manat, 50 dollar, gümüş və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Xalıqov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə - heroin götürülüb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3
Mojo.az Banner