Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi |
Mojo.az Avto
Mojo.az Avto

Vətən müharibəsinin daha iki şəhidinin xatirəsinə turnir start götürüb

23.04.2021 23:21 1 677
Vətən müharibəsinin daha iki şəhidinin xatirəsinə turnir start götürüb
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş leytenant Yaqub Nəcəfovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinə start verilib.

"Report"un məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Naxçıvan Muxtar Respublikasının Culfa Gənclər və İdman İdarəsi və "İDEA" Şahmat Klubunun təşkilatçılığı ilə təşkil olunan yarışın açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov və şəhidlərin valideynləri iştirak edib.

Şəhid ailələri bu cür tədbirlərin keçirilməsinə görə ölkə rəhbərliyinə və dövlət qurumlarına minnətdarlığını bildirib.

Silsilə tədbirlərin davamı olan budəfəki şahmat turnirində Azərbaycanın bütün bölgələrindən ümumilikdə 70-dən çox şahmatçı iştirak edir.

Bundan əlavə, BŞGİBİ Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ziyad Muradovun xatirəsinə "Nə, harada, nə zaman?" intellektual oyunu keçirilir. Turnirdə hərəsində 10 nəfər olmaqla, 24 komanda iştirak edir.

Son xəbərlər