Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda Vətən müharibəsi şəhidinin adına bulağın açılışı oldu

09.07.2021 20:56 1 002
Cəlilabadda Vətən müharibəsi şəhidinin adına bulağın açılışı oldu
Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi, baş leytenant Bayram Babaşovun adına olan bulağın açılışı olub.

“Report”un Muğan bürosunun məlumatına görə, bu gün həm də şəhid Bayram Babaşovun doğum günüdür. Bu münasibətlə şəhidin ata ocağında anım mərasimi keçirilib.

Anım mərasimində rayon rəhbərliyi, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.

Qeyd edək ki, şəhid baş leytenant Babaşov Bayram İlqar oğlu 1993-cü ilin bu günü Cəlilabad rayonunun Günəşli kəndində doğulub.

Qəhrəman baş leytenant Vətən müharibəsi zamanı Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhidliyə yüksəlib.

Bölük komandiri olan baş leytenant Bayram Babaşov doğulduğu kənddə dəfn edilib. Onun iki qardaşı da Vətən müharibəsində ilk gündən iştirak edib və hər ikisi qazi olub.

Şəhid zabitimiz ailəli idi, 4 yaşlı bir oğlu var.

O, Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.скачать dle 11.3
Mojo.az Banner