Əlahiddə Ümumqoşun Orduda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:20 Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək  |     23:11 Evlərimizi niyə sığortalaya bilmirik?  |     23:03 Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər  |     22:58 Alimlər yuxusuzluqla 24 saat ərzində mübarizə üsulu tapdı  |     22:52 Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir  |     22:47 ​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR  |     22:40 Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (VİDEO)  |     22:36 Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək  |     22:24 Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?  |     22:19 İnsanlar uşaq sahibi olmağı dayandırsa, bəşəriyyət nə vaxt məhv olacaq? - Alim cavab verdi  |     22:13 Qazaxda evə basqın edən 64 yaşlı kişi saxlanıldı  |     22:06 Belarus vətəndaşlarından ibarət qrup İrandan Azərbaycana təxliyə olunub  |     21:58 İran ABŞ ilə danışıqları İsrailin zərbələri dayanandan sonra davam etdirəcək  |     21:51 KİV: Tramp İsrailin İrana hücum planı ilə dərhal razılaşmayıb  |     21:44 “Air Arabia” və “Lufthansa” İran-İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırırlar  |     21:39 Rusiya XİN: Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib  |     21:32 Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin aviabazasını ziyarət edib  |     21:27 İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib  |     21:20 Naxçıvanda iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb  |     21:12 AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb  |    

Əlahiddə Ümumqoşun Orduda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib - FOTO

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Vətən Müharibəsi Qəhrəmanları şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin doğum günləri münasibətilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının tələbə-gənclər və veteranlar təşkilatlarının, ictimaiyyət, mədəniyyət, incəsənət, mətbuat nümayəndələrinin, qazilərin və hərbi qulluqçuların iştirak etdiyi tədbirdə şəhid polkovnik-leytenant A.Əliyevin və şəhid kapitan N.Babayevin qəhrəmanlıqlarından bəhs edən videoçarxlar nümayiş etdirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Fariz Sərxanov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidov, şəhid polkovnik-leytenant A.Əliyevin qohumu Vüsal İsmayılov, döyüş yoldaşı mayor Əlqəm Gözəlov, xidmət yoldaşları polkovnik Rüstəm Cavadov və polkovnik Haqverdi Dadaşov, şəhid kapitan N.Babayevin döyüş yoldaşı kapitan Əli Kərimov və digər qonaqlar çıxış ediblər.
Şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımız haqqında danışılarkən bildirilib ki, Vətən müharibəsində məğlub edilən düşmən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının gücünə və döyüş əzminə “Günnüt əməliyyatı”ndan bələd idi. “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə peşəkarlaşan hərbi qulluqçularımız döyüşlərdə “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə geridə yaralı və şəhid buraxmadan böyük əzmlə Şuşa şəhərinədək irəlilədilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi zəfər dolu uğurlu əks-hücum əməliyyatında öz şücaəti ilə düşmənə layiqli cavab verərkən şəhid olan qəhrəman vətən oğullarının əziz xatirəsi daim böyük hörmət və ehtiramla yad edilir, şəhid ailələri və qazilərimiz dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğluna və şəhid kapitan Babayev Nihad Akif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və onlar “Vətən uğrunda” medalları ilə təltif olunublar. 2021-ci il iyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqəsi, “Vətən uğrunda” medalları şəhidlərimizin ailə üzvlərinə təqdim edilib. Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətlərinin yüksək qiymətləndirilərək təltif olunmaları gənclərimizin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.

Hərbi hissələrin özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Zakir Fətəliyev və əsgərlər tərəfindən vətənpərvər şeirlər bədii qiraət edilib.

Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında Xüsusi Təyinatlı Qüvvələr Marşı səsləndirildikdən sonra tədbirə yekun vurulub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            492 27.08.21 22:47