Bu hallarda təcili yardım gözləməyə vaxt itirmək olmaz - Xəstəni öldürən 5 məqam » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:53 Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib  |     20:47 Yekaterinburq məhkəməsi Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb  |     20:46 HAMAS liderləri İsrailin hücumundan sağ çıxıblar  |     20:40 Xamənei 3 min 458 məhkumu əfv edib  |     20:31 Arzu Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların "Sea Breeze"də istirahətini təşkil edib - Video  |     20:13 Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq, dolu düşəcək - YENİLƏNİB  |     20:10 Bakıda 29 yaşlı kişi təzə evləndiyi arvadını boşanmaq istədiyi üçün küçədə döydü  |     20:01 Rusiya ordusunu neft məhsulları ilə təmin edən magistral kəmər partladılıb  |     19:55 Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə aydınlıq gətirib  |     19:50 Səfir: Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir  |     19:43 Rusiya klubunun yeddi futbolçusu zəhərlənib  |     19:38 Sumqayıtda avtoxuliqanlıq edib videosunu sosial şəbəkələrdə yayanlar həbs edilib  |     19:31 Bakıda evdən 9500 manat oğurlamaqda şübhəli bilinən qadın tutulub  |     19:25 Bakı metrosunda üztanıma ilə ödəniş sisteminin tətbiqi müzakirə olunur  |     19:19 Rusiyanın Donetski atəşə tutması nəticəsində 6 nəfər ölüb  |     19:11 Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb  |     19:03 Azərbaycan dövlət büdcəsindən 8 ayda 202 milyon manatdan çox vəsait geri qaytarılıb  |     18:56 Bilyardın "Snuker" növü üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib  |     18:49 "Liverpul"un müdafiəçisinin "Real"a mümkün transferinin təfərrüatı açıqlanıb  |     18:41 Çin dənizdən 11 peyki olan "Jielong-3" raketini kosmosa göndərib  |    

Bu hallarda təcili yardım gözləməyə vaxt itirmək olmaz - Xəstəni öldürən 5 məqam

Elə kritik, insan üçün həyati təhlükəli məqamlar olur ki, yaxınları, ətrafdakı insanlər təcili yardım çağırıb, bununla da düzgün hərəkət etdiklərini düşünürlər. Amma bu vəziyyətlərdə təcili yardımı gözləməyə sərf olunan vaxt xəstənin həyatının sonu ola bilər.

Median.Az
medicina.az-a istinadən xəstəni və ağır vəziyyətdə olan insanı təcili yardım gözləmədən ilk yardım göstərib, lazım gələrsə yaxınlıqdakı xəstəxanaya çatdırmağı labüd edən kritik vəziyyətləri təqdim edir.

1. Arterial qanaxma

Çox güclü, intensiv qanaxma zamanı qan sanki fontan vurur və qısa müddətdə litrlə qan itirilir. Əgər qanaxma dayandırılmasa, xəstə öləcək, hətta təcili yardım gəlsə də gec olacaq. Bu zaman qanaxan hissəyə barmağınızı salıb tıxac yaratmalı və ya jqut qoymalısız. Təcili yardım 10-15 dəqiqəyə gələcəksə, vaxt itirmədən yola çıxıb, təcili yardıma yolunuzu deyib ya yolda qarşılaşmalı ya da yaxın xəstəxanaya çatdırmalısız.

Daha bir arzuolunmaz qanaxma ağciyər qanamasıdır. Bu zaman qan nəfəs yollarını tutur.
Xəstəni elə çevirmək lazımdır ki, qan çölə axsın və o boğulmasın. Ona su, dərman, qida vermək olmaz.

2.Nəfəs borusunda yad cisim qalması

Daha çox uşaqlarda rast gəlinən bu halda onu çıxarmağa vaxt sərf etmək olmaz. Tənəffüs yolları blok olduqda, xəstə göyərir, huşunu itirir.
Əgər bacarırsızsa, Qeymlix metodu tətbiq olunur. Bu haqda saytımızda video var. Amma bu effekt vermədikdə xəstə təcili olaraq maşınla yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır.


3.Hipoqlikemik koma

Qanda qlükozanın səviyyəsinin kritik dərəcədə enməsi. Əvvəlcə xəstə özünü narahat hiss edir, əl-ayaq əzələləri boşalır, tərləyir, su içmək istəyir, ürəyi döyünür, sifəti qızarır, vaxtında bu məqamı tutub, ona şirin su, çay, qənd versəniz vəziyyət düzələ bilər. Əgər vaxt keçsə, onda qıcolmalar başlayacaq və huşunu itirəcək.

Təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Əgər təcili yardım 10 dəqiqə gec gəlsə, xəstə komaya düşür. Ona təcili venadaxili qlükoza köçürülməlidir. Evdə və ya yaxında bunu bacaran varsa, dərhal aptekdən qlükoza alıb köçürmək olar.
Hipoqlikemik koma daha çox gənclərdə və diabet xəstələrində olur.

4.Uşaqlarda yalançı inağ

1-6 yaş uşaqlarda infeksiya fonunda yaranır. Əsas təhlükəsi qırtlağın stenozudur ki, tənəffüsü çətinləşdirir. Əvvəlcə inağ kimi hürücü öskürək olur, sonra uşağın ağır nəfəs alması, daha sonra göyərməyə başlaması.

Bu zaman uşağın daha yaxşı nəfəs alması üçün bütün pəncərələri açmalı, isti su dolu vannaya uşağı salmaq lazımdır. Təcili yardım gələnə kimi bunları edə bilməsəniz, maşınla təcili yaxınlıqdakı xəstəxanaya aparılmalıdır.

5.Nəbzin və tənəffüsün dayanması

Bu ağciyər-ürək çatışmazlıqlarında olur. Əgər nəbz var, tənəffüs yoxdursa, deməli nəfəs yolunu təmizləmək, dili çıxarmaq və süni nəfəs vermək lazımdır.
Əgər nəbz də yoxdursa, dəqiqədə 30-40 dəfə olmaqla ürək masajı olunub, süni tənəffüs verilməlidir.

Təcili yardım gələnə kimi bunlar mütləq olunmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 659 11.06.19 21:48