“El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ
Toy, nişan və digər mərasimlər bir çox insan üçün sevinc və xoş xatirə deməkdir. Lakin bəzən bu mərasimləri “layiqincə” keçirmək istəyi ailələri imkanlarından daha çox xərcləməyə, hətta borca girməyə vadar edir. Böyük məclis, bahalı restoran, dəbdəbəli geyim və qonaqların gözləntiləri ailə büdcəsinə ciddi yük yarada bilir.
Bəs insanlar maddi imkanları məhdud olduğu halda niyə belə xərclərə gedirlər? Burada “el nə deyər?” düşüncəsi, sosial təzyiq və özünü cəmiyyətə müəyyən statusda göstərmək istəyi nə qədər rol oynayır? İnsanlar həqiqətən öz istəklərinə görə, yoxsa başqalarının gözləntilərindən çəkinərəkmi borclanırlar?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib:
"Sözsüz ki, toy və nişan, məclislərini sosioloji yöndən təhlil etdikdə etno-mədəni bir xüsusiyyət kimi özünü göstərdiyini görürük. Toylar bütün cəmiyyətlərə və millətlərə xas olan dəyişməyən bir adətdir. Hər bir xalqın özünəməxsus toy qaydaları olur. Bu, zamanla qorunub saxlanır və zənginləşir. Müasir dövrdə də yeni sistemə, texnologiyalara inteqrasiya etməklə keyfiyyət də azalır".
Sosioloqun sözlərinə görə, hər bir ailənin öz başlanğıcını toyla həyata keçirməsi və bunu müəyyən bir dəbdəbə ilə qarşılaması gözləniləndir. Müəyyən bir dəbə istənilən halda yol verilməlidir. Çünki cəmiyyət dəbin arxasınca qaçır və bu, onların güzgüsüdür.
"Bu mənada nəyəsə pul xərclənirsə, cəmiyyətin rifahı üçün həyata keçirilir. Xoşbəxt ailənin ən güclü təməli və atributu elə məhz xoşbəxt ailələrdir. Müəyyən dəbdəbə axtarışı, insanların özlərini təsdiq etmək istəyi, ailə münasibətləri müstəvisində davranış təbii ki, kimlərinsə ailə büdcəsinə uyğun olmaya bilər. Nisbətən maddi imkanları aşağı olanlar bu məsələni planlaşdırmağı fikirləşməlidirlər", — deyə sosioloq əlavə edib.
N. Niftəliyev qeyd edib ki, belə mərasimləri kreditlərlə qarşılamaq mümkündür. Bu, ailənin maddi məişətini təmin edəcək ən önəmli məsələlərdəndir. Bunlarsız keçinmək qeyri-mümkündür. Lakin lazım olmayan, həddindən artıq bahalı, istifadə olunmayan məhsul əldə etmək, buna aludə olmaq tövsiyə edilmir. Bu mənada maddi imkanların məhdudluğu hökmən nəzərə alınmalıdır.
Sosioloqun fikrincə, toy adət-ənənələri də bu mənada istisna deyil. El qınağı və ictimai rəyin də təsiri burada özünü göstərir. Bu minvalla insanlar hörmətli, dəyərli və imkanlı görünmək istəyir. Hətta vətəndaşlar çəkdikləri o xərcin müqabilində geyimləri belə, faydalı olmur. Amma görürük ki, kasıb bir ailənin nümayəndəsi böyük bir xərc çəkir. Azərbaycan toylarında bu, özünü qismən də olsa doğruldur.
Mütəxəssis vurğulayıb ki, insanlar getdikləri toya borc kimi baxırlar. Burada nəsil, zaman, qarşılıqlı öhdəlik, ictimai məsuliyyət məsələsi ön plana çıxır. Son zamanlar müəyyən yayınmalar da baş verir. Böyük xərc çəkənlər qonaqların azlığından, çəkilən xərclərin çıxarılmamasından gileylənirlər. Belə hallarla üzləşməmək üçün yerli-yersiz israf etməkdənsə, bunu ailənin büdcəsinə daxil etməklə daha məqsədəuyğun olar.

Naib Niftəliyev sonda açıqlayıb ki, ən yaxşı halda 50-50-yə nisbətində, ictimai gözləntilərlə real davranış hər zaman bir-birini tamamlamalıdır. Ailə-məişət məsələlərində də bu məqamlar daha çox özünü göstərir. Hər bir halda tədqiqat və araşdırma aparsaq görərik ki, toy məsələsi Azərbaycan cəmiyyəti üçün çox önəmlidir. Dünyanın bir çox yerində toy məsələsi aktualdır Sadəcə olaraq bizdə və region ölkələrdə mentallıq və dəyərlər baxımından toy müqəddəsliyin və ailə ocağının başlanğıcı kimi dəyərləndirilir. Və son zamanlar baş verən müəyyən tendensiyalar toya olan marağı heç də aradan qaldırmır. Əksinə, toy etməkdə və bunu ictimaiyyətə çatdırmaqda, xoşbəxt görüntüləri paylaşmaqda maraqlıdırlar. Amma həddindən artıq dəbdəbəyə qaçmaq da doğru deyil. İnsanın davranışı hər bir halda adekvat olmalıdır. Eyni zamanda xərclər də qazanca uyğun müəyyənləşdirilməlidir.
Dəniz Pənahova
Median.Az
Bəs insanlar maddi imkanları məhdud olduğu halda niyə belə xərclərə gedirlər? Burada “el nə deyər?” düşüncəsi, sosial təzyiq və özünü cəmiyyətə müəyyən statusda göstərmək istəyi nə qədər rol oynayır? İnsanlar həqiqətən öz istəklərinə görə, yoxsa başqalarının gözləntilərindən çəkinərəkmi borclanırlar?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib:
"Sözsüz ki, toy və nişan, məclislərini sosioloji yöndən təhlil etdikdə etno-mədəni bir xüsusiyyət kimi özünü göstərdiyini görürük. Toylar bütün cəmiyyətlərə və millətlərə xas olan dəyişməyən bir adətdir. Hər bir xalqın özünəməxsus toy qaydaları olur. Bu, zamanla qorunub saxlanır və zənginləşir. Müasir dövrdə də yeni sistemə, texnologiyalara inteqrasiya etməklə keyfiyyət də azalır".
Sosioloqun sözlərinə görə, hər bir ailənin öz başlanğıcını toyla həyata keçirməsi və bunu müəyyən bir dəbdəbə ilə qarşılaması gözləniləndir. Müəyyən bir dəbə istənilən halda yol verilməlidir. Çünki cəmiyyət dəbin arxasınca qaçır və bu, onların güzgüsüdür.
"Bu mənada nəyəsə pul xərclənirsə, cəmiyyətin rifahı üçün həyata keçirilir. Xoşbəxt ailənin ən güclü təməli və atributu elə məhz xoşbəxt ailələrdir. Müəyyən dəbdəbə axtarışı, insanların özlərini təsdiq etmək istəyi, ailə münasibətləri müstəvisində davranış təbii ki, kimlərinsə ailə büdcəsinə uyğun olmaya bilər. Nisbətən maddi imkanları aşağı olanlar bu məsələni planlaşdırmağı fikirləşməlidirlər", — deyə sosioloq əlavə edib.
N. Niftəliyev qeyd edib ki, belə mərasimləri kreditlərlə qarşılamaq mümkündür. Bu, ailənin maddi məişətini təmin edəcək ən önəmli məsələlərdəndir. Bunlarsız keçinmək qeyri-mümkündür. Lakin lazım olmayan, həddindən artıq bahalı, istifadə olunmayan məhsul əldə etmək, buna aludə olmaq tövsiyə edilmir. Bu mənada maddi imkanların məhdudluğu hökmən nəzərə alınmalıdır.Sosioloqun fikrincə, toy adət-ənənələri də bu mənada istisna deyil. El qınağı və ictimai rəyin də təsiri burada özünü göstərir. Bu minvalla insanlar hörmətli, dəyərli və imkanlı görünmək istəyir. Hətta vətəndaşlar çəkdikləri o xərcin müqabilində geyimləri belə, faydalı olmur. Amma görürük ki, kasıb bir ailənin nümayəndəsi böyük bir xərc çəkir. Azərbaycan toylarında bu, özünü qismən də olsa doğruldur.