Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi
“Endirim” sözü bir çox alıcı üçün məhsulu almaq üçün kifayət qədər güclü səbəbə çevrilib. Bəzən isə qiymətin aşağı düşməsi insanı əslində ehtiyacı olmayan məhsulu almağa sövq edir. Beləliklə, qənaət etmək niyyəti ilə edilən alış-veriş gözlənilməz xərclə nəticələnə bilər.
Bəs endirim insanın alış qərarına necə təsir edir? Alıcı həqiqətən qənaət etdiyini düşünür, yoxsa “fürsəti qaçırmamaq” hissi onu ehtiyacından artıq xərcləməyə vadar edir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, iqtisadçı İlqar Hüseynli bildirib:
"Ümumiyyətlə, biznesdə, kiçik və orta sahibkarlıqda endirim bir trenddir. Məhsulları Ən satışının çoxaldılması, sürətləndirilməsi üçün bir menecment texnologiyasıdır. Burada hüqua zidd hər hansı bir addım yoxdur. Endirim kampaniyalarını da iki qrupa ayırmaq lazımdır".
İqtisadçının sözlərinə görə, ədalətli və ləyaqətli endirim, bir də alıcını aldatmağa, insanların cibini istismar etməyə, öz gəlirlərinə çevirməyə yönələn endirimlər olur. İstehlakçı fərqi dərhal tanımalıdır. Bəzən ərzaq məhsullarında qiyməti ucuzlaşdırırlar. Çünki istifadəyə yararlılıq müddəti yaxınlaşır.
İlqar Hüseynli əlavə edib ki, bəzi istehlak malları da var ki, məsələn, geyimlərdə endirim kampaniyaları başlayır. Çünki yeni ildə, yeni mövsümdə fərqli modellər gəlir. Amma bu modellərin dəyişimi kimlər üçünsə diqqətəlayiq ola bilər, kimlər üçünsə də modelin dəyişməyi o qədər də cəzbedici görünməz. İnsanların çoxu qiymət enən kimi həmin məhsulları almağa üstünlük verir.
Mütəxəssis qeyd edib ki, cibində pulu olan şəxs endirim kampaniyasını görəndə daha çox məhsul almağa meylli olur. Çünki bunu fürsətdən yararlanmaq kimi dəyərləndirmək olar. Hətta elə məhsullar var ki, orada böyük endirimlər olur. Məsələn, avtomobillərdə belə endirimləri müşahidə edirik.
İlqar Hüseynli onu da deyib ki, 2025-ci ildə gələn avtomobili şirkət 2026-cı ildə 3000, 5000,7000 endirimli qiymətlərlə satışa çıxarır. Çünki həmin avtomobil bir il istismar müddətini keçmiş olur.
İqtisadçının fikrincə, endirim kampaniyası alıcılar üçün çox ciddi və güclü səbəbdir. Müşahidələrimə əsasən deyə bilərəm ki, dünyada "Black Friday" deyilən Bir kampaniya var. Bu zaman marketlərə çox sayda insna axını olur. Yəni, bu, dünyada aparılan bir prosesdir. Avropada da mövsümlə bağlı endirimlər həyata keçirilir.
Türkiyədə bu prosesin daha sürətlə keçdiyini vurğulayan iqtisadçı sonda deyib:
"Bu, satışın əsas kriteriyasına çevrilib.
"3al, bir ödə" kimi endirimli qiymətlərlə qarşılaşırıq. Bunlar alıcılara cəlbedicilik baxımından hesablanmış bir addımdır. Düşünürəm ki, istehlakçılar da bu endirim kampaniyalarından qazanmış olurlar".
Dəniz Pənahova
Median.Az
Bəs endirim insanın alış qərarına necə təsir edir? Alıcı həqiqətən qənaət etdiyini düşünür, yoxsa “fürsəti qaçırmamaq” hissi onu ehtiyacından artıq xərcləməyə vadar edir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, iqtisadçı İlqar Hüseynli bildirib:
"Ümumiyyətlə, biznesdə, kiçik və orta sahibkarlıqda endirim bir trenddir. Məhsulları Ən satışının çoxaldılması, sürətləndirilməsi üçün bir menecment texnologiyasıdır. Burada hüqua zidd hər hansı bir addım yoxdur. Endirim kampaniyalarını da iki qrupa ayırmaq lazımdır".
İqtisadçının sözlərinə görə, ədalətli və ləyaqətli endirim, bir də alıcını aldatmağa, insanların cibini istismar etməyə, öz gəlirlərinə çevirməyə yönələn endirimlər olur. İstehlakçı fərqi dərhal tanımalıdır. Bəzən ərzaq məhsullarında qiyməti ucuzlaşdırırlar. Çünki istifadəyə yararlılıq müddəti yaxınlaşır.
İlqar Hüseynli əlavə edib ki, bəzi istehlak malları da var ki, məsələn, geyimlərdə endirim kampaniyaları başlayır. Çünki yeni ildə, yeni mövsümdə fərqli modellər gəlir. Amma bu modellərin dəyişimi kimlər üçünsə diqqətəlayiq ola bilər, kimlər üçünsə də modelin dəyişməyi o qədər də cəzbedici görünməz. İnsanların çoxu qiymət enən kimi həmin məhsulları almağa üstünlük verir.Mütəxəssis qeyd edib ki, cibində pulu olan şəxs endirim kampaniyasını görəndə daha çox məhsul almağa meylli olur. Çünki bunu fürsətdən yararlanmaq kimi dəyərləndirmək olar. Hətta elə məhsullar var ki, orada böyük endirimlər olur. Məsələn, avtomobillərdə belə endirimləri müşahidə edirik.
İlqar Hüseynli onu da deyib ki, 2025-ci ildə gələn avtomobili şirkət 2026-cı ildə 3000, 5000,7000 endirimli qiymətlərlə satışa çıxarır. Çünki həmin avtomobil bir il istismar müddətini keçmiş olur.
İqtisadçının fikrincə, endirim kampaniyası alıcılar üçün çox ciddi və güclü səbəbdir. Müşahidələrimə əsasən deyə bilərəm ki, dünyada "Black Friday" deyilən Bir kampaniya var. Bu zaman marketlərə çox sayda insna axını olur. Yəni, bu, dünyada aparılan bir prosesdir. Avropada da mövsümlə bağlı endirimlər həyata keçirilir.
Türkiyədə bu prosesin daha sürətlə keçdiyini vurğulayan iqtisadçı sonda deyib:
"Bu, satışın əsas kriteriyasına çevrilib."3al, bir ödə" kimi endirimli qiymətlərlə qarşılaşırıq. Bunlar alıcılara cəlbedicilik baxımından hesablanmış bir addımdır. Düşünürəm ki, istehlakçılar da bu endirim kampaniyalarından qazanmış olurlar".
Dəniz Pənahova
Median.Az