Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi

01.10.2026 22:19 228
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi
Bakının Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Mirzəağa Əliyev küçəsi ilə Neftçilər prospekti aralığında olan zolaq uzadılaraq Salatın Əsgərova küçəsinə kimi davam etdirilib.

Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,5 km-ə çatdırılıb. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.

Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Artıq Bakı ərazisində mikromobillik vasitələri ilə edilən səfərlərin sayı yarım milyonu ötüb. Belə ki, 2026-cı ilin sentyabr ayında velosiped və skuterlər 548 000 dəfə sifariş edilib. Ötən ay velosiped və skuterdən istifadəçi sayı 264 050 nəfər, qət edilən məsafə isə 2 648 000 km təşkil edib. Mikromobillik vasitələrinin sifarişində, istifadəsində və qət edilən məsafə üzrə bu, rekord göstəricilərdir.скачать dle 11.3
Mojo.az Banner