AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə edib.
Median.Az AZAL-a istinadən xəbər verir ki, bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi ikinci "A321neo", 5-ci hava gəmisidir.
"Daha müasir salon, yüksək sürətli "Wi-Fi", bortdaxili əyləncə və daha səmərəli uçuş texnologiyaları ilə səyahət təcrübənizi bir addım da irəli aparırıq. Yeni təyyarəmiz əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir", - məlumatda qeyd olunub.