Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gələn həftə Drakonid meteor yağışı olacaq

01.10.2026 21:45 162
Gələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.

Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir.

Drakonidlərin əsas cismi Yupiter ailəsi kometlərinə aid olan 21P/Giacobini–Zinner kometidir. Komet 1900-cü ildə fransız astronomu Michel Giacobini tərəfindən kəşf edilib, 1913-cü ildə isə Ernst Zinner tərəfindən yenidən müşahidə olunub. 2 km diametrə malik bu qısaperiodlu komet Günəş ətrafında bir dövrünü təxminən 6,6 ilə tamamlayır.

Komet Günəşə yaxınlaşdıqca onun nüvəsindən ayrılan toz və bərk hissəciklər orbit boyunca yayılır. Yer hər il oktyabr ayında bu hissəciklər selindən keçdikdə onların bir hissəsi atmosferə daxil olur və Drakonid meteorlarını yaradır. Drakonidlər Yer atmosferinə təxminən 20 km/s sürətlə daxil olur. Buna görə də onlar bir çox digər meteor yağışlarının meteorları ilə müqayisədə səmada daha yavaş hərəkət edirlər.

Drakonid meteor yağışı əsasən Şimal yarımkürəsindən yaxşı müşahidə olunur. Azərbaycan da müşahidə üçün əlverişli coğrafi mövqedə yerləşir. Drakonidlərin digər meteor yağışlarından mühüm fərqlərindən biri onların axşam və gecənin ilk yarısında müşahidə üçün əlverişli olmasıdır.

2026-cı ildə Drakonid meteor yağışının maksimumunun Bakı vaxtı ilə təxminən saat 23:00-a təsadüf etməsi Azərbaycan müşahidəçiləri üçün əlverişlidir. Bundan əlavə, maksimum Yeni Ay fazasına düşdüyündən Ay işığı da olmayacaq. Meteor yağışını müşahidə etmək üçün teleskop və ya binokla ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, açıq və qaranlıq ərazi seçmək və mümkün qədər geniş səma sahəsini adi gözlə izləmək daha məqsədəuyğundur.

Drakonidlər adi illərdə zəif meteor yağışı olsa da, tarixdə güclü aktivlik göstərdiyi dövrlər olub. Xüsusilə 1933 və 1946-cı illərdə meteor fırtınaları müşahidə edilib. Bunun səbəbi meteoroidlərin kometin orbiti boyunca bərabər paylanmaması və Yerin bəzi illərdə daha sıx toz izləri ilə qarşılaşmasıdır. 2026-cı il üçün isə xüsusi güclü meteor fırtınası proqnozlaşdırılmır.скачать dle 11.3
Mojo.az Banner