Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Orionid meteor yağışı müşahidə ediləcək

02.10.2025 20:11 585
Orionid meteor yağışı müşahidə ediləcək
Oktyabrın 7-dək Orionid meteor yağışı aktiv olacaq və yağışın pik dövrü isə oktyabrın 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, bu zaman Orion bürcü gecəyarıdan sonra üfüqdən qalxır və müşahidələr üçün ən əlverişli vaxt yaranır.

Əgər hava şəraiti aydın olarsa, Azərbaycan səmasında da bu hadisəni rahatlıqla izləmək mümkün olacaq.

Orionidlər payız gecələrinin ən parlaq və sürətli meteor yağışlarından biridir. Mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Bu komet minilliklər ərzində arxasında toz və daş hissəciklərindən ibarət uzun iz buraxıb. Yer hər il bu izdən keçəndə hissəciklər atmosferdə yanaraq parlaq işıq zolaqları əmələ gətirir.

Orionidlərin əsas xüsusiyyəti onların çox sürətli olmasıdır. Meteorların sürəti təxminən 66 km/san-dir. Buna görə də onların səmada buraxdığı izlər qısa, lakin çox parlaq olur.скачать dle 11.3

Son xəbərlər