Mojo.az Banner
16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |    
Mojo.az Avto
Mojo.az Avto

Meteor yağışı gözlənilir - Azərbaycandan da müşahidə edilə bilər

02.10.2025 12:43 690
Meteor yağışı gözlənilir - Azərbaycandan da müşahidə edilə bilər
Oktyabrın 2-dən 7-dək Orionid meteor yağışı aktiv olacaq.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, drionid meteor yağışının pik dövrü isə oktyabrın 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək:

"Bu zaman Orion bürcü gecəyarıdan sonra üfüqdən qalxır və müşahidələr üçün ən əlverişli vaxt yaranır. Əgər hava şəraiti aydın olarsa, Azərbaycan səmasında da bu hadisəni rahatlıqla izləmək mümkün olacaq.

Orionidlər payız gecələrinin ən parlaq və sürətli meteor yağışlarından biridir. Mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Bu komet minilliklər ərzində arxasında toz və daş hissəciklərindən ibarət uzun iz buraxıb. Yer hər il bu izdən keçəndə hissəciklər atmosferdə yanaraq parlaq işıq zolaqları əmələ gətirir.

Orionidlərin əsas xüsusiyyəti onların çox sürətli olmasıdır. Meteorların sürəti təxminən 66 km/san-dir. Buna görə də onların səmada buraxdığı izlər qısa, lakin çox parlaq olur".скачать dle 11.3
Mojo.az Banner