Mojo.az Banner
18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?

29.09.2026 13:19 183
Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?
"Cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin cəsədi suda tapılaraq çıxarılıb".

Bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, qeyd edilən rəqəm ötən ilin analoji dövründə 85 olub ki, bu da təxminən 25 faiz azalma deməkdir:

"Bu rəqəmləri çimərlik mövsümü üzrə götürsək, cari ilin çimərlik mövsümündə xilasedicilər tərəfindən suda tapılıb çıxarılan cəsədlərin ümumi sayı 59, ötən ilin analoji dövründə 68 olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz azalma deməkdir. Burada vacib bir məsələ qeyd edilməlidir ki, göstərilən 59 rəqəmindən yalnız 29-u bilavasitə çimərkən suda boğulma faktı ilə bağlıdır. Digər halların isə ilkin araşdırmalarla müxtəlif səbəblərdən (ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və s.) baş verdiyi müəyyən edilib".

Bildirilib ki, 2026-cı il ərzində dənizdə 23 nəfər, göllərdə 3, çayda 5, suvarma kanalında 18, su anbarında isə 5 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Akşin Əlili qeyd edib ki, bu rəqəmlərdən yalnız 29-u su hövzələrində çimərkən suda batma faktı kimi qiymətləndirilib:

"Digərləri isə müxtəlif səbəblərdən baş verib. Suda batma halları nəzarətsiz qeyri-çimərlik ərazilərində baş verib. Burada da küləkli havada, dalğalı dənizdə və ya spirtli içki qəbul edərək su hövzəsinə girmə halları, uşaqların və yeniyetmələrin nəzarətsiz buraxılması və xüsusilə çimərlik kimi nəzərdə tutulmayan suvarma kanalları, çaylar, süni göllər və digər bu kimi su hövzələrindən istifadə halları əsas səbəblərdəndir.

Bilgəh qəsəbəsində 12-ci dalan, Mərdəkan qəsəbəsində Nil qaya, Novxanı qəsəbəsində Sarıqaya kifayət qədər təhlükəli ərazilər kimi qiymətləndirilib".скачать dle 11.3
Mojo.az Banner