Mojo.az Banner
19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ

01.10.2026 18:22 111
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabr ayının 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv, eləcə də küləyin ayrı-ayrı vaxtlarda güclənəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücüləri xüsusilə diqqətli olmağa çağırır.

Yağıntılı hava şəraitində yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və güclü küləyin nəqliyyat vasitələrinin idarə olunmasına təsiri qəza riskini artıra bilər. Bu səbəbdən sürücülər sürət həddini mövcud yol və hava şəraitinə uyğun seçməli, ara məsafəsini artırmalı, qəfil manevr və sərt tormozlamadan çəkinməlidirlər. Piyadalara isə yolun hərəkət hissəsinə çıxarkən daha diqqətli olmaları, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etmələri və məhdud görünmə şəraitini nəzərə almaları tövsiyə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qarşıdakı günlərdə gözlənilən qeyri-sabit hava şəraitini nəzərə almağa, yollarda diqqətli və ehtiyatlı davranmağa çağırır.скачать dle 11.3
Mojo.az Banner