Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama
Bir neçə gündür Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən "manatlıq taksi"lərin və sərnişindaşıma üçün rəsmi icazəsi olmayan avtobusların fəaliyyətinin Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən dayandırılması ilə bağlı iddialar səsləndirilir.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə də sakinlər tərəfindən şikayətlər daxil olub, media orqanları reportajlar hazırlayıblar.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, yayılan iddialar reallığı əks etdirmir:
"Aidiyyəti qurumlar tərəfindən Bakı və qeyd olunan istiqamətlərdə fəaliyyət göstərən həmin nəqliyyat vasitələrinə qarşı hər hansı birgə və ya xüsusi tədbir keçirilməyib.
Sərnişindaşıma fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun təşkil edilməlidir. Bu fəaliyyətlə məşğul olan nəqliyyat vasitələri müvafiq icazələrə malik olmalı, sürücülər müəyyən edilmiş qaydalara əməl etməlidirlər.
Son zamanlar sərnişinlərin müntəzəm avtobus marşrutlarından daha intensiv istifadə etməsi müşahidə olunur. İctimai nəqliyyatdan istifadə edənlərin sayının günbəgün artması müsbət haldır.
Sərnişinlərə nəqliyyat xidmətlərindən istifadə zamanı qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən daşıyıcılara üstünlük vermələri tövsiyə olunur".