Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”

29.09.2026 15:47 201
“Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”
Azərbaycan Ordusunda hərbi qulluqçuların əməkhaqqı sistemində dəyişikliklərin ediləcəyi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, il ərzində verilən 13-cü və 14-cü maaşların ləğv edilərək bu ödənişlərin müəyyən hissəsinin aylıq əməkhaqqına inteqrasiyası nəzərdə tutulur. Bununla yanaşı, hərbi qulluqçuların vəzifə maaşlarının və digər ödənişlərinin artırılması da gündəmdədir.

13-cü və 14-cü maaşların ləğv edilərək əlavə ödənişlərin aylıq əməkhaqqına inteqrasiya olunması hərbi qulluqçuların gəlirlərinə necə təsir edə bilər? Sizcə, bu dəyişiklik hərbi qulluqçular üçün daha sabit və əlverişli əməkhaqqı sisteminin formalaşmasına imkan verəcəkmi?

Bu barədə Hərbi ekspert Üzeyir Cəfərov Median.Az-a açıqlamasında bildirib ki, Azərbaycan ordusunda hərbi qulluqçuların əməkhaqqı sistemində dəyişikliklərin edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğundur və bu istiqamətdə işlər aparılır:

“Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni güc strukturları ilə hərtərəfli hazırlıq və geniş müzakirə aparmadan həyata keçirməyə başlayıblar. Bu da müəyyən çaşqınlıq və narahatlıq yaradıb. Mən bunu çox əhəmiyyətli məsələ hesab etdiyim üçün hazırda mətbuatda geniş işıqlandırmaq istəmirəm. Hərbi qulluğun və Silahlı Qüvvələrdə xidmətin mahiyyətini kifayət qədər anlamayan şəxslər bu təklifi veriblər və guya bunu yenilik, islahat kimi təqdim edirlər. Əslində isə məsələ belə deyil. 13-cü, 14-cü maaşların və bəzi əlavələrin ləğv edilməsi ilə bağlı müzakirələr aparılır və “maaş artırılacaq” deyilir. Lakin burada daha dərin məsələlər var və mən hazırda həmin detallara toxunmaq istəmirəm. Ümumiyyətlə, qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır. Hesab edirəm ki, gec-tez bu belə də olacaq. Vəzifə maaşlarının və digər ödənişlərin artırılması ilə bağlı deyilənlərə gəlincə, hərbi sahə dəqiqliyi sevən sahədir. Əgər “hərbi qulluqçuların vəzifə maaşı və digər ödənişləri” deyilirsə, digər ödənişin nə olduğu da dəqiq izah edilməlidir. Hərbi qulluqçu xidmət edir və onun gördüyü iş dəqiq müəyyənləşdirilib”.

O qeyd edib ki, bu gün hərbi qulluqçuların əməkhaqqı ilə məşğul olan şəxslərin bir çoxu hərbi qulluğun mahiyyətini kifayət qədər yaxından bilmir:
“Müəyyən təkliflər verilib və hazırda həmin təkliflər ətrafında müzakirələr aparılır. Bu, çox vacib məsələdir və ona görə də hazırda məsələnin bütün detallarına toxunmaq istəmirəm. İstənilən halda hərbi qulluqçu dünyanın ən yüksək məvacib alan şəxslərindən biri olmalıdır. Bu gün Maliyyə Nazirliyində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müəyyən ixtisarlar aparılmalı, şişirdilmiş ştatlar ləğv edilməlidir. Yaradılmış agentliklər və dövlət büdcəsindən maliyyələşən bəzi qurumların fəaliyyətinə də yenidən baxılmalıdır. Çünki onların heç biri hərbi qulluqçuların dövlətə və xalqa verdiyi faydanın 50 faizini belə vermir. Mən həmişə dəyişikliklərin tərəfdarı olmuşam, amma bu dəyişikliklər müsbət istiqamətdə olmalıdır. Hərbi qulluqçular üçün sabit və əlverişli əməkhaqqı sistemi formalaşdırılmalıdır. Hərbi qulluqçu istənilən ölkədə xüsusi statusa malik peşə sahiblərindən biridir. Çünki onun normal iş və istirahət rejimi yoxdur. Hərbi qulluqçu daim vətənin müdafiəsinə hazır vəziyyətdə olmalıdır. Ona görə də hərbi qulluqçu yüksək məvacib almalıdır.

Hərbi qulluqçuların əməkhaqqı millət vəkillərinin məvacibindən də yüksək ola bilər. Millət vəkillərinin fəaliyyəti ilə hərbi qulluqçuların xidməti şərtləri və məsuliyyəti eyni deyil. Hərbi qulluqçu birbaşa ölkənin müdafiəsi ilə məşğuldur. Ona görə də hərbi qulluqçuların əməkhaqqı sistemində dəyişikliklər elə aparılmalıdır ki, hərbi xidmətə maraq artsın və orduya gələnlərin sayı çoxalsın. Təəssüf ki, müəyyən lazımsız məsələlər də var. Bu məsələlər ordunun və Silahlı Qüvvələrin döyüş ruhuna müəyyən formada təsir göstərə bilər. Ona görə də belə problemlərin yaranmasına imkan verilməməlidir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner