Mojo.az Banner
18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

"215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO

29.09.2026 21:37 159
Hövsan qəsəbəsinin sakinləri ictimai nəqliyyatın bərbad vəziyyətindən və intervalın böyük olmasından şikayətlənirlər.

Sfera.az-a müraciət edən sakinlərin sözlərinə görə, xüsusilə Hövsan-Türkan marşrutu üzrə hərəkət edən 215 nömrəli avtobusda vəziyyət acınacaqlıdır. Sərnişinlər bildiriblər ki, marşrut xəttində intervallar xeyli uzundur, avtobuslar gəldikdə isə gözlənilməz mənzərə yaranır:

“Saat 17:00-dan sonra avtobus dayanacağa daxil olur, sürücü mühərriki söndürür və təxminən 20 dəqiqə gözləyir. Bu müddətdə avtobus həddindən artıq basabas olur. Hamı sıxlıqla içəri doluşandan sonra sürücü nəhayət yola düşür. Avtobusun pencərələrində “pilləkəndə dayanmaq qadağandır” yazılsa da, insanlar pilləkənlərdə ayaq üstə, sıxlıq içində qalırlar, hətta qapılar belə zorla bağlanır”, – deyə şikayətçilər qeyd edib.

Sakinlərin sözlərinə görə, analoji bərbad vəziyyət 210 nömrəli marşrut avtobusunda da müşahid olunur. Hər gün işdən və təhsildən qayıdan yüzlərlə qəsəbə sakini marşrut azlığı və interval problemindən əziyyət çəkir.


Redaksiyamıza təqdim olunan görüntülərdə də avtobus qapısının güclə bağlandığı, sərnişinlərin basabas şəraitində təhlükəli şəkildə hərəkət etdiyi aydın görünür.

Sakinlər aidiyyəti qurumlardan bu xətlər üzrə nəzarətin artırılmasını və avtobusların intervalsız, normal qrafiklə işləməsinin təmin edilməsini xahiş edirlər.скачать dle 11.3

Ссылка не поддерживается для встроенного формата.

Mojo.az Banner