Mojo.az Banner
12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA

29.09.2026 21:24 135
Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA
Ermənistan və Azərbaycan arasında anklav və eksklavlarla bağlı məsələlər sərhədlərin delimitasiyası prosesi çərçivəsində həll olunacaq.

Bu barədə Ermənistanın delimitasiya komissiyasının rəhbəri, baş nazirin müavini Mqer Qriqoryanın ofisi “Sputnik Ermənistan”ın Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı sorğusuna cavabında bildirib.

Açıqlamada qeyd olunub ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı hissələri, o cümlədən anklav və eksklavlarla bağlı məsələlər iki ölkənin delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə uyğun şəkildə həll ediləcək.

Bildirilib ki, komissiyaların fəaliyyəti birgə iclaslar və işçi görüşlər çərçivəsində həyata keçirilir və bununla bağlı yalnız razılaşdırılmış, KİV üçün təsdiqlənmiş məlumatlar yayımlana bilər.

Ermənistan baş nazirinin müavininin ofisi həmçinin vurğulayıb ki, iclas və işçi görüşlərin nəticələri ilə bağlı yayılan rəsmi məlumatların məzmunundan kənara çıxan istənilən şərh və ya izah etibarsız hesab olunur.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner