Mojo.az Banner
21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |    
Mojo.az Avto
Mojo.az Avto

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

30.09.2026 11:34 129
Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı
Yaponiyada ilk dəfə olaraq standart klinik təcrübə çərçivəsində "iPS" kök hüceyrələrindən yetişdirilmiş "ürək plastırı" pasiyentə transplantasiya edilib.

Bu barədə ölkənin "Asahi Shimbun" qəzeti məlumat yayıb.

Osaka xəstəxanasında baş tutan cərrahi müdaxilə 50 dəqiqə davam edib. Əməliyyat olunan şəxs miokard infarktı nəticəsində ağır ürək çatışmazlığından əziyyət çəkən, Kanaqava prefekturasından olan təxminən 50 yaşlı qadındır.

Bu cür "ürək yamaları"nın tətbiqi əvvəllər də həyata keçirilib, lakin proses yalnız klinik sınaqlar səviyyəsində olub. Belə ki, 2020-ci ilin yanvar ayında Osaka Universitetində "iPS" hüceyrələri əsasında əldə edilmiş ürək əzələsi hüceyrələrindən ibarət təbəqə xəstəyə köçürülmüşdü.

Nəşrin məlumatına görə, bu tibbi vasitə "RiHEART" adlanır. Söhbət iPS hüceyrələrindən yaradılmış ürək əzələsi hüceyrələrindən ibarət nazik "plastır"dan gedir. Zədələnmiş ürək toxumasının bərpasına dəstək olmaq məqsədilə o, birbaşa orqanın üzərinə yerləşdirilir.

"RiHEART" işemik kardiomiopatiyanın ağır formasından əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub. Hüceyrələrdən ibarət "yamaq" bilavasitə ürəyin səthinə tətbiq edilir. Onun əsas vəzifəsi yeni qan damarlarının yaranmasına kömək etmək və ürək əzələsinin fəaliyyətini dəstəkləməkdir", - deyə materialda bildirilib.

İşemik kardiomiopatiya qan və oksigen axınının yetərsizliyi səbəbindən ürək əzələsinin zəifləməsidir. Bu hal əsasən infarktdan sonra və ya koronar arteriyaların zədələnməsi zamanı müşahidə olunur.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner