Mojo.az Banner
12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi

30.09.2026 18:51 255
Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi
"ADEX 2026" sərgisində bir sıra yeni hərbi məhsullar ilk dəfə nümayiş etdirilib.

Sərgidə Azərbaycan və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA), insansız quru robotları, qumbaraatan və təlim təyyarəsi təqdim olunub.

İlk dəfə nümayiş etdirilən məhsullar arasında BARS yüksəksürətli kamikadze dronu da yer alır. Dron havada digər pilotsuz uçuş aparatlarını məhv etmək məqsədilə istifadə olunur.

Azərbaycan istehsalı olan "KİQR-01", "KİQR-02" və "KİQR-03" kamikadze tipli kiçik insansız quru robotları da "ADEX 2026"da ilk dəfə təqdim edilib.

Bundan əlavə, Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan "SİQR-01" və "SİQR-02" silahlı insansız quru robotları, həmçinin 30 mm-lik QK qumbaraatanı nümayiş etdirilib.

Türkiyənin "Turkish Aerospace" şirkəti tərəfindən Azərbaycan üçün istehsal olunan yeni nəsil "Hürkuş" təlim təyyarəsi də sərgidə ilk dəfə təqdim olunub.

Azərbaycan-Türkiyə birgə istehsalı olan zərbə tipli PUA isə 3.5 metr uzunluğa, 3.2 metr qanad açıqlığına və 2 saata qədər uçuş müddətinə malikdir. PUA "ADEX 2026"da ilk dəfə nümayiş etdirilib.скачать dle 11.3
Mojo.az Banner