ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi
ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada ölkəsi və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresarial SA konqlomeratı ilə əlaqəli Kuba təşkilatları ilə maliyyə əməliyyatlarını qadağan edib.
Yeni məhdudiyyətlər Obama administrasiyası dövründə Kubaya icazə verilən müəyyən səyahət kateqoriyalarına da təsir edib. Xüsusilə, ABŞ vətəndaşları artıq müəyyən mədəni mübadilə proqramlarında, konfranslarda və peşəkar görüşlərdə iştirak etmək üçün ABŞ hakimiyyət orqanlarından icazə almalıdırlar.