Mojo.az Banner
18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkimi döydü, xadimənin sümüyünü sındırdı

30.09.2026 18:05 105
Həkimi döydü, xadimənin sümüyünü sındırdı
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 127 və 221-ci (sağlamlığa az ağır zərər vurma və xuliqanlıq) maddələri üzrə ittiham edilib.

Bildirilib ki, Böyük Bəhmənli kənd sakini olan Məhəbbət hadisə günü toyda iştirak edib və daha sonra sərxoş halda yaşadığı evə gedib. Bu zaman o, atası Aydın Talıbovun həmin toyda narahatlıq keçirdiyini və xəstəxanaya aparıldığını öyrənib.

Məhəbbət dərhal özünü xəstəxanaya çatdırıb və təcili yardım şöbəsinin həkiminin yerində olmadığını görüb. O, sərxoş halda xəstəxananın kardioloqu ilə dalaşıb, ona zərbələr endirərək söyüb. Həmçinin, araya girərək tərəfləri sakitləşdirməyə çalışan xadiməyə hücum edərək yumruq-təpiklə zərbələr endirib.

Nəticədə xadimə sağ trapesvari sümüyünün sınığı, qapalı kəllə beyin travması, boyunun sağ yan səthinin, sağ çiyinüstü və sağ körpücüküstü, döş qəfəsinin ön səthinin sağ yarısının hematomaları ilə müşayiət olunan qançırları, sol gözaltı nahiyəsinin hematoması ilə müşayiət olunan sol almacıqüstü nahiyənin qançırı, sol budun aşağı 3/1-nin ön yan səthinin hematoması və qançırı ilə müşayiət olunan xəsarətlər alıb.

Məhkəmədə M.Talıbov törətdiyi əməli etiraf edib və özünü qismən təqsirli bilib. Füzuli Rayon Məhkəməsi onun "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarı əsasında cinayət məsuliyyətindən azad edilməsinə və cinayət işi üzrə icraata xitam verilməsinə qərar verib.

Qeyd edək ki, Məhəbbət Talıbov Vətən müharibəsi şəhidi Məhəmməd Talıbovun qardaşıdır.скачать dle 11.3
Mojo.az Banner