Mojo.az Banner
18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |     18:30 Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu  |     18:29 "Fənərbağça" və "Turan Tovuz"un nümayəndələri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər  |     18:28 Bakı metrosunda halı pisləşən kişi öldü  |     18:26 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video  |     18:25 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi  |     18:22 Bir neçə yolda sürət həddi endirildi  |     18:20 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu  |     18:18 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı  |     18:16 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var  |     18:14 Manatın məzənnəsi xarici valyutaları üstələdi  |     16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

30.09.2026 14:46 162
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
Qırğız Respublikasının maarif naziri Dögdürkül Kəndirbayeva Azərbaycanın bu dövlətdəki səfiri Lətif Qəndilov və həmin ölkənin ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisi məqsədilə ezam olunmuş müəllim Ülkər Verdiyeva ilə görüşüb.

Ölkəmizin Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, azərbaycanlı müəllimin Qırğızıstana gəlişi ölkələrimiz arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub. Bu təşəbbüs qırğız və Azərbaycan dilləri müəllimlərinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur.

Belə ki, Ülkər Verdiyeva Nizami Gəncəvi adına 103 nömrəli ümumtəhsil məktəbində, eləcə də Heydər Əliyev adına 20 nömrəli məktəbdə Azərbaycan dilini, Qırğızıstandan olan müəllim isə öz növbəsində Azərbaycan məktəblərindən birində qırğız dili və qırğız ədəbiyyatını tədris edəcək.

Nazir Dögdürkül Kəndirbayeva müəllimə Qırğızıstandakı fəaliyyətində uğurlar arzulayıb. O, həmçinin qeyd edib ki, təhsil və mədəniyyət sahələrində mübadilələrin inkişaf etdirilməsi iki ölkə arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Səfir Qırğızıstan və Azərbaycan xalqlarının yaxınlaşmasında, eləcə də ümumi Türk dilinin formalaşmasında dil və mədəniyyətin xüsusi rolunu qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Ağdam rayonunun Xıdırlı kəndində qırğız xalqının adından inşa olunan məktəbin açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər. Bişkek şəhərində isə Azərbaycanın maliyyə dəstəyi hesabına inşa edilmiş iki təhsil ocağı - Nizami Gəncəvi adına 103 nömrəli məktəb və Heydər Əliyev adına 20 nömrəli məktəb fəaliyyət göstərir. Bu məktəblərin açılışı 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilib.скачать dle 11.3
Mojo.az Banner