Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO
Qadının əri tərəfindən öldürüldüyü iddia edilir.
Qonşulardan birinin sözlərinə görə, ailə bir neçə həftədir ki, burada kirayə yaşayırlarmış:
"Yeni köçmüşdülər. Biz onları həmişə xoşbəxt ailə kimi görmüşük, lakin daxildə nə baş verib onu bilmirik. Bir neçə həftədir ki, onlar buraya gəlmişdilər. Nə ər, nə də arvadda səhv görməmişik".
Qeyd edək ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs - qadının əri Rafət Ağalarov tutularaq istintaqa təhvil verilib.
İddialara görə, qadın ərindən boşanmaq istəyib. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib.
Daha ətraflı APA TV-nin videomaterialında: