Mojo.az Banner
17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"

30.09.2026 17:08 156
Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi:
Şərur rayonunda 1948-ci il təvəllüdlü Namiq nəvəsi Arzunun otağında gizlənən Orxanı (adlar şərtidir - red.) bıçaqlayıb.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, hadisə 2026-cı ilin martında gecə saatlarında kəndlərin birində baş verib.

İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Namiq nəvəsinin sevgilisi olan 1996-cı il təvəllüdlü Orxanın gecə saatlarında evə pəncərədən daxil olduğunu öyrənib. Qısqanclıq zəminində "yad qonağ"ı öldürmək istəyib.

Namiq istintaqa ifadəsində bildirib ki, mətbəxdən bıçaq götürərək nəvəsi Arzunun otağına daxil olmaq istəyib:

"Otağın qapısı bağlı idi. Arzudan qapını açmağını tələb etdim, o, boyun qaçırdı. Əvvəl bıçaqla qapını açmağa cəhd etdim, sonra qapının şüşəsini kənara çəkdim, əlimi içəri salıb, kilidi açıb otağa girdim. Arzu yatdığı yerdən tərpənmədi. Onu vurub zorla yatağın üzərindən yerə atdım. Uşaqları otaqdan çıxarmışdım.

Sonra yatağın üzərində olan döşəyi kənara çəkdim. Əlimdəki bıçaqla çarpayının altında olan şəxsə yox, çarpayının döşəmə taxtasına 20-25 bıçaq zərbəsi vurdum. Bununla Arzuda stres yaratmaq istəyirdim. Zərbələrin təsirindən əlimdəki bıçaq qırıldı. Mətbəxə gedib, ikinci dəfə bıçaq götürüb otağa qayıtdım. Yataq dəstini qaldırmaq istəyəndə Arzu buna imkan vermədi. Onu vurub dəsti qaldırdım. Çarpayının künc tərəfinə sıxılmış və uzanmış vəziyyətdə Orxanı gördüm. Yaxasından yapışıb güclə çarpayının sağ tərəfində olan boşluğa atdım. Endirdiyim bıçaq zərbələrindən əlimdəki ikinci bıçaq da qırıldı.

Mətbəxdən üçüncü dəfə bıçaq götürdüm. Orxanın bıçaqlamaq istədiyim zaman Arzu əlimin üstündən vurub bıçağı yerə saldı, axtarsam da, bıçağı tapmadım. Dördüncü dəfə mətbəxə getdim, bıçaq götürüb qayıtdım. Bu vaxt otağa gələn arvadım, nəvəm və gəlinim ağlayaraq Orxanın artıq öldüyünü dedilər, ona yenidən xəsarət yetirməyimə mane oldular. Mən də otaqdan çıxdım".

Hadisə zamanı "102" vasitəsilə polisə Arzu məlumat verib. Orxan xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Cinayət işinə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində baxılıb. Namiq 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
скачать dle 11.3
Mojo.az Banner