Mojo.az Banner
22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir

30.09.2026 16:03 153
Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir
Sentyabrın 30-da və oktyabrın 1-də Günəş səthində sondan əvvəlki güc kateqoriyası olan M sinfinə aid partlayışların baş verməsi ehtimal olunur.

Bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

İnstitutdan qeyd edilib ki, göstərilən tarixlərdə Günəşdə partlayış aktivliyi ümumilikdə aşağı səviyyədə olsa da, M sinfinə aid partlayışlar istisna edilmir.

Rentgen şüalanmasının intensivliyindən asılı olaraq, Günəş partlayışları beş əsas sinfə bölünür: A, B, C, M və X. Ən zəif olan A0.0 sinfi Yer orbitində bir kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçid zamanı güc on dəfə artır. Bu partlayışlar çox vaxt Günəş plazmasının atılması ilə müşayiət olunur və həmin plazma buludları Yerə çatdıqda maqnit qasırğalarının yaranmasına gətirib çıxara bilər.скачать dle 11.3
Mojo.az Banner