Mojo.az Banner
20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir

30.09.2026 14:55 150
Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir
"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" qəbul edilib.

Sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Saziş 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb. Sazişin məqsədi dövlətlərarası münasibətlərin inkişafının təşviq edilməsi və onların vətəndaşlarının səyahət prosedurlarının asanlaşdırılmasıdır.

Sənəd 10 maddədən ibarətdir.

Sazişə əsasən, hər bir tərəfin dövlətinin etibarlı ümumvətəndaş pasportlarına malik olan vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oradan çıxmaq, tranzit keçmək və hər 180 gün müddətində 90 gündən artıq olmayaraq orada qalmaq üçün viza tələbindən azad edilir. Bu müddətdən artıq qalmaq, yaşayış hüququ əldə etmək, əmək fəaliyyəti, təhsil və ya digər tərəfin dövlətinin səlahiyyətli qurumlarının öncədən icazəsi tələb olunan başqa fəaliyyətlərlə məşğul olmaq niyyətində olan xarici vətəndaşlar həmin dövlətin ərazisinə daxil olmadan öncə müvafiq viza üçün müraciət edirlər.

Tərəflər bu sazişin imzalandığı tarixdən sonra 30 gündən gec olmayaraq özlərinin etibarlı ümumvətəndaş pasportlarının nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edirlər.

Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya ictimai sağlamlıq səbəbləri ilə bu sazişin tətbiqini müvəqqəti olaraq, tamamilə və ya qismən dayandırmaq hüququnu özlərində saxlayırlar. Belə qərar digər dövlətin ərazisinə artıq daxil olmuş vətəndaşların hüquqlarına təsir etmir.

Tərəflərin qarşılıqlı razılığı ilə sazişə istənilən dəyişikliklər edilə bilər. Belə dəyişikliklər sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir.

Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı mübahisə qarşılıqlı məsləhətləşmələr və ya danışıqlar yolu ilə həll edilir.

Saziş qeyri-müəyyən müddətə bağlanılır və razılığa gələn tərəflərin bu sazişin qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurlarının tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.скачать dle 11.3
Mojo.az Banner