Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı

30.09.2026 14:52 234
Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı
Rusiya Milli Qvardiyası məşhur repçi Ciqana (əsl adı Denis Ustimenko-Vaynşteyn) qarşı araşdırmaya başlayıb. Silahların saxlanması üçün tibbi arayışların alınmasının qanuniliyi araşdırılır.

Bu barədə Median.Az "SHOT" "Telegram" kanalına istinadən məlumat verib.

Hüquq-mühafizə orqanları hazırda repçinin ziyarət etdiyi bütün atıcılıq klublarının əməkdaşları ilə sorğu-sual aparırlar. Mənbənin sözlərinə görə, bu müəssisələrin əksəriyyəti Moskva vilayətində yerləşir.

Hüquq-mühafizə orqanları ziyarətçi haqqında daxili məlumatları, o cümlədən onun məkanda qalma müddəti, istifadə edilən silahlar və təqdim edilən tibbi arayışları tələb edir. Həmçinin ifaçının özünü nə dərəcədə adekvat apardığı və müəyyən edilmiş qaydalara riayət edib-etmədiyi də araşdırılır. Ciqanın evində baş verən insidentdən onun silah saxlamaq üçün tibbi sənədləri hansı yolla əldə etdiyi və müvafiq tibbi müayinədən harada keçdiyi də əlavə olaraq araşdırılır.

Qeyd edək ki, Rusiyada qanuni olaraq silah saxlamaq üçün Rusiya Milli Qvardiyasından icazə tələb olunur və yaşayış yeri üzrə verilir. Silah kilidlənə bilən seyfdə yerləşdirilməli, açarı isə yalnız sahibində olmalıdır.

Xatırladaq ki, daha əvvəl Ciqan Moskva ətrafındakı evində xidmətçi heyətini on saat ərzində girov saxlayıb və onlara atəş açıb. Bəzi nəşrlərin məlumatına əsasən, sənətçinin mühafizəçisi qolundan və ayağından yaralanıb. Bildirilir ki, hadisə baş verən zaman reperin bloqer Oksana Samoylova ilə evliliyindən olan dörd övladı da evdə olub və mənbələrin sözlərinə görə, uşaqlar həmin vaxt şkaflarda gizləniblər.скачать dle 11.3
Mojo.az Banner