Mojo.az Banner
21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

30.09.2026 11:38 162
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
Lənkəranda dörd sahibkar arasında dava olub.

Hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlara aylıq maaş verib. Daha sonra Eldar qardaşları Telman və Elmanı da özü ilə Qazaxıstana aparıb və orada öz biznesinə cəlb edib.

2013-cü ildə Eldar Gərmətürk kəndində anasının şərəfinə adlandırdığı "Əzizə" şadlıq sarayını inşa etdirib. O, sarayın tikilib istifadəyə verilməsinə ümumilikdə 2 milyon 744 min dollar xərcləyib. Eldar qardaşı Telmanı restorana nəzarətçi təyin edib və əvəzində ona hər ay 1 500 manat ödəyib.

Bir müddətdən sonra onların atası Novruz kişi dünyasını dəyişdiyi üçün Eldar yas mərasiminə gəlib. Məclisdən sonra Eldar qardaşından restoranın icarəsindən əldə edilən gəliri tələb edib. Məlum olub ki, Telman restorandan 2 milyon 600 min manat əldə etsə də, Eldara cəmi 168 min manat verib. Telman bildirib ki, restorandan əldə etdiyi gəliri şəxsi ehtiyaclarına xərcləyib. Məlum olub ki, Telman və Elman qardaşları restorandan gələn qazancı mənimsəyiblər.

Faktla bağlı araşdırma başlanılıb və Eldar obyektin qiymətləndirilməsi üçün komissiya təklif edib. Əmlakın qiymətləndirilməsi üçün ekspertiza təşkil edilib və obyektdə monitorinq aparılmağa başlanılıb. Məhkəmə-tibb ekspertizası hadisə yerində araşdırma apararkən qardaşlar arasında dava düşüb. Hadisə zamanı Eldar Elman və Telmanı döyüb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə cinayət işinə xitam verilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner