Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA
İslam dininin mahiyyətində sadəlik, təmkin və insanlara asanlıq yaratmaq prinsipləri dayanır. Lakin günümüzdə yas mərasimlərinin günlərlə davam etməsi, dəbdəbəli ehsan süfrələrinin açılması və yas sahiblərinin böyük maddi-mənəvi yük altına girməsi dini dəyərlərlə ziddiyyət təşkil edir. Bu baxımdan, mərasimlərin vaxtının 2–3 saat çərçivəsində tənzimlənməsi və yalnız dualarla kifayətlənmək ideyası mütərəqqi addım kimi qiymətləndirilir.
İslam fiqhi və hədislər baxımından yas mərasimlərinin 2–3 saatlıq vaxt məhdudiyyəti ilə keçirilməsi və ehsanın yalnız çay, xurma və ya halva ilə kifayətləndirilməsi nə dərəcədə məqsədəuyğundur? Dinin mahiyyətinə uyğun gələn əsl yas və ehsan adəti necə olmalıdır?
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Median.Az-a açıqlamasında bildirib ki, bu gün bu mövzu cəmiyyətimiz üçün ən problemli mövzulardan biridir:
“Çünki, burada islama aid olmayan müxtəlif adət-ənənələr, bizim özümüzün ənənəvi örfümüz əsas üstünlük təşkil edir. Mən özüm bu məsələyə yalnız yas mərasimlərinin müddəti və süfrədə hansı yeməklərin olması prizmasından baxmağın düzgün olmadığını düşünürəm. Burada əsas sual budur: Biz yas mərasimini nə üçün keçiririk və bu mərasim mərhumun ailəsinə həqiqətən təsəlli verir, yoxsa onların üzərinə əlavə yük qoyur? İslamın ümumi prinsiplərinə baxdıqda görürük ki, din insan həyatını çətinləşdirmək üçün deyil, mənəvi və ictimai baxımdan insanı qorumaq üçün gəlib. Quranda Allah buyurur: “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.” Bəqərə, 185. Başqa bir ayədə isə “Allahdan bacardığınız qədər qorxun” buyurulur. Təğabun, 16. Yəni dini həyatın əsas prinsiplərindən biri insanın gücünü, vəziyyətini və imkanlarını nəzərə almaqdır. Yas mərasimlərinə münasibətdə də bu prinsip qorunmalıdır. İslamda insanın yaxınını itirməsi çox ağır bir hadisə kimi qəbul edilir. Ona görə həmin ailənin qarşısına “mütləq belə süfrə açmalısan”, “mütləq filan gün bu qədər adam çağırmalısan”, “filan yemək verilməlidir” kimi sosial və maddi öhdəliklər qoymaq dinin məqsədi ilə uzlaşmır. Burada bir mühüm məqamı da qeyd etmək lazımdır. Bəzən deyilir ki, İslamda yas üç gündür və buna görə yas mərasimi də üç gün davam etməlidir. Bu, fiqhi baxımdan düzgün yanaşma deyil. Səhih Buxaridə Peyğəmbərimizin (s.ə.s) qadının ərindən başqa bir ölüyə görə üç gündən artıq xüsusi matəm saxlamamasını bildirdiyi rəvayət edilir. Əri vəfat edən qadının isə dörd ay on gün müddətində xüsusi gözləmə və matəm hökmləri vardır”
O qeyd edib ki, bu hökmü “yas məclisi üç gün olmalıdır” şəklində başa düşmək doğru deyil:
“Ehsan məsələsində isə Peyğəmbərin (s.ə.s) sünnəsində çox mühüm bir prinsip görürük. Cəfər ibn Əbu Talib şəhid olduqda Peyğəmbərimiz onun ailəsi haqqında buyurdu: “Cəfərin ailəsi üçün yemək hazırlayın. Çünki onları məşğul edən bir hadisə baş verib.” Bu hədis Əbu Davud və Tirmizidə rəvayət olunub və Tirmizi onu həsən hədis kimi qiymətləndirib. Burada çox incə, amma mühüm bir məna var. Peyğəmbərimiz yas sahibindən başqalarını yedirtməsini tələb etmədi. Əksinə, yas sahibinin yükünü azaltmaq üçün insanların onun ailəsinə yemək aparmasını tövsiyə etdi. Yəni məntiq belə idi: “Siz onsuz da müsibətlə məşğulsunuz, sizin işinizi daha da artırmayaq.” Klassik İslam alimləri də bu istiqamətdə mövqe bildiriblər. İmam Şafii, İmam Nəvəvi və İbn Qudamə kimi alimlərin əsərlərində mərhumun ailəsinin böyük şəkildə insanlara yemək hazırlamasının bəyənilməməsi, əksinə insanların yas sahibinin ailəsinə yemək aparmasının daha uyğun olduğu qeyd edilir. İbn Qudamə bunun ailənin onsuz da yaşadığı müsibətə əlavə yük gətirməsini xüsusi olaraq vurğulayır. Bununla yanaşı, burada ifrata da getmək olmaz. İslam “yasda heç kimə yemək vermək olmaz” demir. Məsələn, uzaqdan gəlmiş qonaq varsa, ailənin öz imkanları daxilində ona çay, yemək və digər ikramlar etməsi normal insan münasibətidir. Misirin Dar əl-İftası kimi müasir fiqh qurumları da müəyyən şərtlərlə yas mərasimlərində insanların bir araya gəlməsini və dua etməsini caiz hesab edən yanaşmaların olduğunu bildirir. Ona görə mən “ehsan yalnız çay, xurma və ya halva olmalıdır” fikrini də dini hökm kimi qəbul etməzdim. Quranda və səhih hədislərdə yas ehsanının məhz bu üç ərzaqdan ibarət olması barədə belə bir qayda yoxdur. Xurma savablı və qiymətli qida ola bilər, halva isə bəzi müsəlman cəmiyyətlərində formalaşmış mədəni adətdir. Amma onları məcburi dini rituala çevirmək doğru deyil”.
İlahiyyatçının sözlərinə görə, əsas məsələ yeməyin adı deyil, niyyət və nəticədir:
“Əgər bir insan imkanlıdır və insanlara sadə şəkildə yemək verir, bunda xeyirxahlıq, qonaqpərvərlik və sədəqə niyyəti varsa, bunu avtomatik olaraq haram və ya bidət adlandırmaq düzgün olmaz. Amma yas sahibinin borc götürərək, ailəsinin ehtiyaclarından kəsərək, “camaat nə deyər” qorxusu ilə böyük süfrələr açması artıq tamam başqa məsələdir. Mən xüsusilə yas mərasimlərinin sosial yarışa çevrilməsini doğru hesab etmirəm. Kim daha böyük çadır qurdu, kim daha çox adam çağırdı, kim daha bahalı yemək verdi, kim daha çox xərc çəkdi kimi yanaşmalar yasın mənəvi mahiyyətini zəiflədir. Ölüm insanı dünyəvi nümayişdən daha çox həyatın mənası, fanilik, axirət və insanın geridə qoyduğu əməllər haqqında düşünməyə sövq etməlidir. Müasir psixoloji araşdırmalar da yas prosesində insanın tək buraxılmamasının, ailə və sosial dəstəyin mühüm olduğunu göstərir. Son illərdə aparılan tədqiqatlarda müxtəlif xalqların yas mərasimləri araşdırılarkən ritualın insanlara ölüm faktını qəbul etmək, ailə və cəmiyyətin dəstəyini hiss etmək və itki ilə yaşamağa uyğunlaşmaq baxımından faydalı ola bildiyi göstərilir. Deməli, məsələ yas mərasimini tamamilə aradan qaldırmaq deyil. Məsələ onu insanın psixoloji və maddi vəziyyətinə uyğun, mənalı və ölçülü saxlamaqdır. Dünyanın müxtəlif cəmiyyətlərində də bunun çox fərqli nümunələri var. Bəzi xalqlarda dəfn mərasimi olduqca qısa və sadə keçirilir, bəzi cəmiyyətlərdə isə ailə və dostların uzun müddət bir araya gəldiyi xatirə mərasimləri mövcuddur. Buradan göründüyü kimi, yasın konkret sosial forması böyük ölçüdə mədəniyyətlə bağlıdır. İslamın müəyyən etdiyi əsas çərçivə isə israfdan, nümayişdən, haram davranışlardan və yas sahibinə əlavə əziyyət verməkdən uzaq olmaqdır”.
O sonda deyib ki, bu baxımdan, yas mərasimlərinin 2–3 saatla məhdudlaşdırılması ideyasını mən dini hökm kimi deyil:
“Sosial təşkilatlanma və sadələşdirmə təklifi kimi qiymətləndirərdim. Əgər məqsəd insanların saatlarla oturub yas sahibini yormasının, ailənin günlərlə qonaq qəbul etməsinin və böyük xərclərə düşməsinin qarşısını almaqdırsa, belə bir tənzimləmənin müsbət tərəfləri var. Amma “İslamda yas mütləq 2 və ya 3 saat olmalıdır” demək üçün dini dəlil yoxdur. Məncə, ən sağlam model bundan ibarətdir: dəfn mümkün qədər təxirə salınmadan həyata keçirilsin, yaxınlar gəlib başsağlığı versin, mərhum üçün dua edilsin, ailəyə mənəvi və maddi dəstək göstərilsin. Ehsan varsa, ailəni borca salan və nümayişə çevrilən süfrə yox, imkan daxilində sadə və könüllü xeyir işi olsun. İmkanı olan insan mərhumun adına kasıblara yemək verə, sədəqə verə, ehtiyacı olan ailəyə yardım edə və başqa xeyir iş görə bilər. Əslində mənə görə “ölünün arxasınca nə qədər yemək verildi?” sualından daha mühüm sual “ölünün arxasınca nə qədər dua edildi və onun adına nə qədər yaxşılıq edildi?” sualıdır. İslamın yas anlayışının mərkəzində nümayiş yox, mərhəmət dayanır. Yas sahibinin cibini boşaltmaq yox, onun yükünü azaltmaq əsasdır. İnsanları saatlarla bir yerdə saxlamaq yox, onların bir-birinə təsəlli verməsi əsasdır. Süfrənin böyüklüyü yox, duanın səmimiyyəti əsasdır. Peyğəmbərimizin (s.ə.s) Cəfərin ailəsi ilə bağlı buyurduğu hədis məncə bu məsələnin ən gözəl prinsipini ortaya qoyur: müsibət sahibinin yükünü artırmayın, onun yükünü azaldın. Bu səbəbdən mən yas mərasimlərinin daha sadə, daha qısa, daha təmkinli və daha az xərc tələb edən formaya gətirilməsini müsbət hesab edirəm. Amma bunu yeni dini məcburiyyət formasına salmaq da düzgün deyil. İslamın verdiyi əsas meyar vaxtın dəqiq neçə saat olması və süfrədə hansı yeməyin dayanması deyil. Əsas meyar israf etməmək, insanı çətinliyə salmamaq, mərhuma dua etmək, ailəyə təsəlli vermək və ölümün insana xatırlatdığı mənəvi həqiqətlər üzərində düşünməkdir. Bizim bəzi bölgələrimizdə yas yerlərində pul yığmaq adəti də vardır ki, bu da yas sahibinə kömək mahiyyəti daşıyır və bunun islamla əlaqələndirilməsi doğru deyil, sadəcə bu da yas sahibinə edilən bir yaxşılıqdır. Yığılan pullarla yas sahibinə böyük köməklik edilmiş olunur”.
Aysel